Enerelen - Pozğun düşüncələr (hekayə)

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 12 844
Səs ver:
(səs: 4)
Onu üç ildən artıq idiki tanıyırdım.Bizim məhəlləyə ən sonuncu köçən o idi.Hamı məhəllədə köhnə qonşular olduqlarına görə, bir-birləri ilə mehriban idilər.O isə bu qonşularla münasibəttə olmurdu.Adı Sevil idi.23-24 yaşı olardı.Hər gün səhər saat 8-də evdən çıxır, axşam tərəfi 7-8 arası evə gəlirdi.Bəzən gec gəldiyidə olurdu.Bizim məhəllədə ziyalılar çox az idi.Qadınlar təbii ehtiyaclarını ödədikdən sonra, bütün vaxtlarını qeybət etməyə sərf edərdilər.Çox vaxtda mövzuları "Sevil” olardı.Onun geyimini, saçını, yerişini, istifadə etdiyi ətiri müzakirə edərdilər.Həmişədə "bəyənməzdilər”.Sevilin haradan gəldiyi naməlum idi.Uyğun olaraq keçmişidə.Məhəllənin"dedektiv qadınları” onun keçmişdə pozğunluq edib, sonradan da bura köçüb özünü yaxşı bir qadın kimi göstərmək istədiyini düşünürdülər.Lakin bu fikirlər Sevilin qaranlıq keçmişini yox, qadınların qararanlıq xislətini üzə çıxarırdı.Nə cür baxarsan, o cürdə görərsən deyiblər.Sevil yox, onların fikirləri "fahişə” idi.

Sevili heç vaxt hansısa bir oğlanla əl-ələ, qol-qola görməmişdim.Bu ona qarşı marağımı artırırdı.Sevil məhəllədəkilərdən yalnız mənə isti münasibət göstərirdi.Nəyəsə ehtiyacı olanda məndən xaiş edərdi.Günlər keçdikcə biz daha da mehribanlaşdıq.Mən bəzən o işdən qayıdan da, evinə gedər, müxtəlif mövzularda söhbət edərdik.Çox vaxt o kefsiz olardı.
Bir gün Sevil işdən qayıdanda başı bağlı idi.Yanımdan keçəndə görüşmədən, onunla gəlməyimi istədi.Biz tələsik onun evinə getdik.O çəkinə-çəkinə başını açdı.Mən gözlərimə inanmırdım.Onun saçları çox səliqəsiz şəkildə kəsilmişdi.Daha doğrusu qırxılmışdı.Mən bir neçə dəqiqə donub, qaldım.Sevilsə elə hey ağlayırdı.Sonra dedim:

-Sevil, sənə kim təcavüz eliyib?Tez dur gedək polisə.O əclaf(lar)ı tapsınlar!

-Yox Elxan.Mənə təcavüz etməyiblər.Polisə isə qətiyyən getməyəcəyik.Səndən istədiyim budur ki,saçlarımın qalanınıda kəsəsən.Və bu barədə heç kəs, heç nə bilməsin.

Mən Sevildən bu barədə heçnə öyrənə bilməyəcəyimi başa düşdüm və onun xahişini yerinə yetirdim.Evə qayıtmaq vaxtı gələndə, elə sual vermək istəyirdim ki, Sevil dilləndi:

-Bilirəm nə soruşacaqsan.Ama sənə heç nə deməyəcəm.Sənə yalvarıram, bu barədə heç kəslə danışma.

Mən sağollaşıb çıxdım.

Həmin gecəni demək olar ki, yatmadım.Ancaq Sevil hakda fikirləşdim.Səhəri gün məhəllədə yeni mövzu olduğunu öyrəndim.Başlıq belə idi: "Keçmiş pozğun indi dinə başlayıb, özünə ər axtarır yəqin”. Başa düşə bilmirdim heç vaxt.Bu qadınlar belə söhbətlər etdikləri zaman ''Nirvana''ya qədər ucala bilirlər [=)] ?Yoxsa nəyə görədi belə mənasızlıq?

Mən bu boşboğazlara baş qoşmayıb, dərhal Sevilin evinə getdim.Qapı bağlı idi.Ama mən bilirdim ki, O içəridədir.Bir neçə gün Sevil evdən çıxmadı.Mən səhəri gözləmək qərarına gəldim.Əgər o səhərdə gəlməsəydi, mən onun evinin qapısını qıracaqdım.Amma buna ehtiyac olmadı.Sevil sabahsı gün evdən çıxdı.Mən onun işə getdiyini görüb, universitetə getmədim və onu izlədim.O takiylə 12-20 dəqiqə yol gedib, bir evin qarşısında düşdü.Elə həmin evədə girdi.Mən tez taksidən düşüb evin pəncərəsinə yaxınlaşdım...

I hissənin sonu.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 12 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri