Enerelen - Pozğun düşüncələr (II hissə)

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 6 725
Səs ver:
(səs: 0)
İçəridən Sevilin ağlamağını eşittim.Sonradan içərinidə görə bildim.30 yaşlarında bir kişi Sevilin baş örtüsün çıxarıb ona qışqırırdı:

-Saçının qalanını kim kəsib küçük?Demisən mənim kəsdiyimi?Hə, demisən kiməsə?!

-Yox, vallah deməmişəm.Qoy atama baxım.4 gündür görmürəm, yəqin halı pisdi.

-Ölüb o!Gözümün qabağında can verdi murdar.

Sevil cəld o biri otağa qaçdı.Sonra ağlayıb, çığıraraq qayıtdı və dedi:

-Alçaq!Sən necə razı oldun atamızın gözünün qabağında ölməyinə?Sən əclafsan!

Bu an kişi Sevili döyməyə başladı.Mən tez ətrafdan polisləri çağırdım.Onlar evə girib həmin kişini tuttular.Sevil içəridə - atasının yanında ağlayırdı.O, məni görən kimi qucaqladı.Başını çiynimə qoyub hönkürtüylə ağlayırdı.Biz onun atasını elə həmin gün basdırdıq.Sonradan mən ondan öyrəndim ki, həmin o kişi onun doğma qardaşı imiş.O polislər tərəfindən bir neçə cinayətə görə axtarılırmış.Üstəlik o adamın əqli problemləridə var imiş.Sevilin saçınıda sözü gedən probleminin kritik həddə çattığı zaman kəsmişdi.

Sevili qardaşının başına nələr gəldiyi maraqlandırmırdı.O qardaşına bütün bu olanlardan sonra nifrət edirdi.Qardaşıyla, atasının qaldığı evə tez-tez getmə və qardaşının yerini polisə deməməyinə səbəb isə, qardaşının hədələri idi.”Polis bu evin qapısını döyən kimi, atamızı özüm öldürəcəm” demişdi.

İndi bu hadisələrdən bir il keçir.Sevil qardaşının əqli problemlərindən istifadə edərək, həbsdən tez bir müddətdə çıxa biləcəyini nəzə alıb ayrı bir şəhərə köçdü.Yəni qardaşından gizləndi.Son məktubunda belə bir cümlə yazmışdı:

"Elxam, yaşadığım şəhəri dəyişdim, dəli qardaşım, xəstə atam yoxdu.Bizim köhnə məhəllənin arvadlarıda yoxdu.Amma onların fikirləri.Onların fikirləri burda da, var.Mən burda da, Bakıdakı kimi "fahişəyəm”.

Epiloq

Bu hekayəni burda bitirdim.Sözün əsl mənasında bu hekayəni böyüdüb bir roman edəcək gücdəyəm.Amma etmirəm.Roman olsaydı yəqinki Sevil köçdüyü şəhərdə özünü asacaqdı, ya da bəlkə, 18-inci mərtəbədən özünü aşağı atacaqdı.

Bizim yaşadığımız cəmiyyət qadına, xüsəsəndə qıza qarşı çox pis münasibətdədir.Bu cəmiyyətdə bir qadın olmağı qətiyyən arzu etməzdim. "25 yaşlı bir qadın evli deyilsə, mütləq pozğundur” düşüncəsi məhv edir bizi.Bir az düzələk.Və öncə öz ailəmizdən, öz qohumlarımızdan və qonşularımızdan başlayaq.”Hər kəs öz qapısının qarşısını süpürsə, bütün küçə təmiz olar..”
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 6 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri