Ana sevgisi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 167
Səs ver:
(səs: 5)
Bir gün bir mələyi cənnətdən dünyaya göndərirlər. Dünyadan bizə tükənməyən və ən gözəl olanı gətir deyə .Mələk bütün gün gəzdi dünyanı, cənnətə qayıtmağa hazırlaşanda bir gül bağının üstündən uçurdu. Həmin bağdakı, güllərin ətri onu cəlb edir. Bağa enir və mən bu güllərdən cənnətə aparacağam deyir, bu güllər o qədər gözəl və ətirlidir ki, dünyada ən gözəl şey bu güllərdir deyə düşünür. Gülləri götürüb qanad çalıb qalxanda elə bu an çəmənlərin içində bir körpə görür. Uşaq öz təbəssümü ilə anasının gözlərinə baxır. Gözlərindəki qığılcım və üzündəki təbəssüm o qədər gözəldir ki, Mələk yox yoxxx bu çox gözəldir mən bu körpənidə cənnətə aparacağam deyir. Körpənin yanına gələndə anasının ona baxışlarını anasının ona olan sevgisini görür və dəhşətə gəlir. Yox yooxx ananın körpəsinə olan sevgisi çiçəklərdən və körpənin təbəssümündəndə çox idi .Mən ananı da cənnətə aparacağam deyir mələk. Həm gülləri, həm körpəni həm də ananı götürüb gəlir cənnətə. Cənnətin qapısına çatanda bir anlıq gətirdiklərinə baxmaq istəyir Mələk. Görür, güllər solub, körpə isə daha gülmür, itib üzündəki sevinc, gözlərindəki nur. Amma ananın körpəsinə olan sevinci bütün gözəllikləri ilə yerində idi. Onun sevgisi zərrə qədər azalmamış, tükənməz hisslər olaraq sevinc bəxş edirdi. Bunu görən Mələk Ananı götürüb cənnətə girir və bütün mələkləri başına toplayıb deyir:
- Dünyada olan, heç vaxt tükənməyən və cənnət qədər gözəl olan tək şey ananın segisidir!

/Mənbə: Qadınlar.biz/

(səs: 5)
Şərhlər: 4
Baxılıb: 5 167
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri