Gündəlik həyatın yazılmış qanunları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 648
Səs ver:
(səs: 4)
 
Gündəlik həyatda etdiyimiz və ya şahidi olduğumuz hadisələr :)
1.Corabın çirkli olub-olmadığnı iyləyərək yoxlamaq.
2.Krassvvordakı şəkillərə kişi-qadın fərq etmədən bığ-saqqal çəkmək.
3.Qonaq gələn uşağa " Sən qal bizim oğlumuz ol" demək.
4.Şampun bitdiyi zaman içərisinə su tökərək çoxaltmaq.
5. Avtobusda yaşlılara yer verməmək üçün özünü yatırmış kimi göstərmək.
6.Görmək imkanı olmasa da təcili yardım maşının içinə baxmağa çalışmaq.
7.Dönərin son tikəsi ilə, ayranın son qurtumunu bərabər yemək.
8.6 aydır firçalanmayan dişi, stomatoloqa gedəndə ayıb olmasın deyə fırçalamaq.
9.Yeməyə bir şey təklif ediləndə nəzakət xətrinə "çox sağol" deyərək rədd edtdikdə və təkid gəlmədiyində ac qalmaq.
10.Uşağın müəllimin ona hirsləndiyini evdəkilərə dediyində üstəlik evdəkilər tərəfindən də döyülməsi.
11.Evə gələn qonağın özü deyil, balaca uşağının olub-olmadığını soruşmaq, üstəlik balaca qonaq "sizin komputerdə iqra var" soruşduğunda komputerin günlərdir işləmədiyini demək.
12.Soyudcunun açaraq oradakı dondurma qabını həvəslə götürmək və açdığnda dolma görmək.
13. Qapı döyüldüyündə kimdir sualına mən deyərək cavab vermək.
14. Yemək zamanı bıçaqdan istifadə etməyib, yeməyi çəngəlin yan tərifi ilə bölmək.
15. Yeməyin dadına heç baxmadan duz tökmək.
16.Ağlayan uşağı döyərək sakitləşdirməyə çalışmaq.
17.İşıqlar keçən zaman görəsən hamının işiğı keçib deyə pəncərədən baxmaq.
18.Rənglənib əl vurmayın yazısını görəndə quruyub-qurumadığın yoxlamaq üçün əlimizi vurmaq.
19.Bir yaş salfetka ilə əlimizi-üzümüzü sildikdən sonra ayaqqabımızı silmək.
20.Yatarkən iki saat yorğanın uzun tərəfini tapmağa çalışmaq.
21.Səhər tez durmaq üçün budilniki qurmaq, səhər budilnik çalanda söndürüb təzdən yatmaq.
22.Nəqliyyat vasitələrində yanımızdakı şəxsin mesajını oxumağa çalışmaq.
23.Satıcıdan bir şeyin olub-olmadığnı soruşanda yox cavabı aldıqda "heç yoxdur" sualını vermək.
24.Ev telefonuna zəng edərək, telefona cavab verən adamdan "evdəsən" sualını soruşmaq.
25.Qonaq sağollaşıb gedərkən qapıda yarım saat söhbət eləmək.
26. Sevmədiyi adamı yolda uzaqdan görəndə yolunu dəyişmək.
27.Hər kəsin soyuducusunun yumurta yerində qurumuş yarım limon vardır. Bilirəm sizin də var :))
 


(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 648
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri