Gözəllikləri kəşf edin…

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 501
Səs ver:
(səs: 2)
 
 Həyat tamamilə "Gözəllikləri fərq etmə sənəti"dir!
Bu insanı şükrə aparar.
Zikrə aparar… Duaya aparar…
Fərq edib etməmək hamısıyla bizim əlimizdədir…

"Ortam pissə nə edək" bəhanəsinə sığınıb yan gəlmək də mümkün, "pis mühit" içindəki "yaxşılar"ı tapmaq üçün çalışmaq da…

Bədbəxtlik cədvəllərinə baxıb bədbəxt, ümidsizlik nasosla vuran inkişaflara qapılıb ümidsiz olmaq və həm bədbəxt, həm ümidsiz olaraq kənara çəkilmək də mümkün, bədbəxt və ümidsiz cədvəllərdən xoşbəxtliklə ümid çıxarmaq üçün çalışmaq da…

Əgər əvvəlcə özümüz olmaq üzrə, bir şeyləri dəyişdirməyə çalışırıqsa, mənfi inkişaflara və ümidsizlik girdablarına özümüzü çox aludə etmədən, kiçik xoşbəxtliklər tutmağı və ümid qırıntılarında yenidən dirilməyi bacara bilərik (Onsuz da xoşbəxtlik doğru anları tutmaqdır, çünki davamlı xoşbəxtlik yoxdur, olsaydı onsuz da sıraviləşərdi).
Bu mənada:

*İnanmaq — xoşbəxtlikdir…
*Sevmək — xoşbəxtlikdir…
*Sevilmək — xoşbəxtlikdir…
*Xoş görmək, bağışlamaq — xoşbəxtlikdir…
*Xoş görülmək, bağışlanmaq — xoşbəxtlikdir…
*Başqasına kömək etmək, ya da başqasından kömək almaq — xoşbəxtlikdir…
*Qonşuluq — xoşbəxtlikdir…
*Paylaşmaq — xoşbəxtlikdir…
*Oxumaq və yazmaq — xoşbəxtlikdir…
*Dinləmək, ya da dinlətmek — xoşbəxtlikdir…
*İşə getmək, yaxşı bir şeylər çıxarmaq və işdən evə dönmək — xoşbəxtlikdir…
*Sevdiyimiz insana yemək bişirmək — xoşbəxtlikdir…
*Sevdiyimiz insanın bişirdiyini yemək — xoşbəxtlikdir…
*Təqdir etmək, təqdir edilmək — xoşbəxtlikdir.
*Gəzmək, səyahətə çıxmaq — xoşbəxtlikdir…
*Dua və ibadət — xoşbəxtlikdir…

Dünya bir "ALLAHın gəmisi" olduğuna görə, bunun bir kapitanı var. ONA güvənməyib kapitanlıq göstərmək pessimizm, ONA güvənmək isə hüzur və xoşbəxtlikdir. Xoşbəxt və ümidli olmaq üçün çox səbəbimiz var, çooox!

Təkrar təkrar düşünün baxaq: İki gözümüz kor ikən biri açılsa nə qədər xoşbəxt olardıq…

Bir gözümüz gördüyü üçün nə qədər şükr edərdik…

Amma iki gözümüz varkən birini itirsək, necə kədərlənər, necə bədbəxt olarıq. Halbuki fakt eyni faktdır…

Hər iki vəziyyətdə də tək gözümüz var: Ancaq baxış bucağımız fərqlilik ifadə edir. Birində "var olana" kilidlənirik (açılan gözə)…

İkincisində "yox olana" (itirilən gözə) kilidlənirik. Elə isə "xoşbəxt" mi, yoxsa "bədbəxt" mi olacağımızı biz təyin edirik . 

Üstünlüklərimizə baxınca "xoşbəxt-ümidli", dezavantajlarımıza baxınca "bədbəxt-ümidsiz" oluruq.
 
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri