Mənə həyat ver, ana!

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 4 024
Səs ver:
(səs: 1)
 Abort, tibbi anlamda hamiləliyə son qoymaq mənasını verir. Amma insanlıq və İslami dini tərəfdən bunun bir adı var- CİNAYƏT!
Həyat insanlara Allah tərəfindən verilir və ondan başqa heçkim o insanın yaşayıb yaşamayacağına qərar verə bilməz. Yaşamaq hüququ hər bir insanda var, fərqi yoxdur o inkişafın hansı mərhələsindədir-embrion, döl və ya uşaq .Və fərqi yoxdur o gözəldir ya çirkin, varlıdır ya kasıb, sağlamdır ya xəstə, hər bir insanın əmələ gəldiyindən ölənə qədər yaşam hüququ var.
Bizim gündəlik həyatımızda artıq "abort elətdirmək" sözü adiləşib. Bir çoxıları bu söz altında sadəcə istəmədiyin bir şeydən qurtulmağı başa düşürlər. Amma ən acınacağlısı odur ki, onlar gələcəkdə insan olacaq, öz qanından olan bir insanı məhv edirlər, ən əsası isə Allahın onlara hədiyyəsindən üz döndərirlər.
Əlbətdə gündə milyonlarla cinayət törədilən bir zamanda, heç ruhu olmayan bir embrionun məhvi çox adi gəlir.
Hz. Məhəmməd buyurmuşdur:
"Həqiqətən, sizin toxumunuz bir damla kimi 40 gün anasının bətnində formalaşır, o, bir o qədərdə vaxt bir qan laxtasına çevrilir,eyni müddət sonra - ət parçası formasına çevrilir sonra Allah ona bir mələk göndərir və ona ruhunu üfləyir."


Buna görədə "imkanım yoxdur, pulum yoxdur, vaxtım yoxdur" kimi bəhanələr uydurmaq lazım deyil. Allah o hədiyyəni verən zaman, onun ruzisinidə özüylə göndərir. Yox əgər ruzisi, çörəyi, qidası bitdisə insan Öləcək... Unutmayın! Öləcək, amma öldürülməyəcək!
İndiki zamanda isə məncə bu inandırıcı deyil. Gəlin yada salaq indiki zamanda nə qədər insan var ki acından ölə? Hər kəs dolanacaq 1 tikə çörək tapır çox şükür.

 

Video izləmişdim abortla bağlı. Dəhşətli səhnələr idi. İnsanın aclıqdan ölməsi öz valideyinlərinin əliylə, həmdə o cür qətdarcasına ölməkdən daha asandır. Hələ ağ xalat geyinmiş insanları demirəm. Axı siz əslində insanlara həyat vermək üçün varsız, onların həytalarını almaq üçün deyil!
Siz o uşağın qışqırığını eşitmirsiznisə, bu o demək deyilki o heçnə hiss etmir. O ona yaxınlaşan o dəmir parçalarını hiss edir, tərpənir, qışqırmağa çalışır. Amma təəssüf ki, onu heçkim eşitmir...
İnternetdə abortla bağlı çoxsaylı videolar, məqalələr var.
Əziz bacı və qardaşlar. Öz parçanızı məhv etməkdən öncə onları bir seyr edin. Düşünürəm mütləq fikrinizdən geri dönəcəksiz.
Əziz həkimlər, sizədə səslənirəm. Pulun önəmli olduğun bilirəm. Amma bilin ki, pul gəlib gedərdi, amma sizin etdiyiniz günahlar ömürlük sizinlədir.
 
 
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri