İdman edərkən niyə su içməliyik?

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 9 477
Səs ver:
(səs: 0)
İdman edərkən təbii olaraq tərlərik. Yayın işin daha çətin olduğu və çox maye qəbul etdiyimiz də bir həqiqət. Maye itkisini tarazlamaq üçün diqqət etməmiz lazım olan bir neçə əhəmiyyətli nöqtə var.
Məşq edərkən saatda təxminən bir litr su itirdiyinizi bilməniz lazımdır. İdman əsnasında və sonrasında bu itkini mütləq maye alaraq əvəz etməlisiniz. 

Gəlin, nə etməmiz lazım olduğununa birlikdə baxaq!

 


Soyuq yeməklərə yönələ bilərsiniz!

Yay aylarında soyudulmuş yeməklər qəbul edə bilərsiniz. Bu yeməklər tərləməklə birlikdə bədəninizdəki istilənin də çölə atılmasına səbəb olar, beləcə enerji itirərsiniz. Zəifləmək istəyənlər üçün ideal bir vəziyyət. Tək çox soyuq yeməklər mədə narahatlıqlarına yol aça bilər.

 


Məşqə başlamadan əvvəl bol - bol su için!

Məşqə daim yaxşı bir maye tarazlığıyla başlayın. Axşam ofis çıxışında idman salonuna gedirsinizsə, getmədən su qəbul etməyə başlayın və məşq edərkən də su içməyə davam edin.

Çöldə qaçırsınızsa, 45 dəqiqə boyunca maye qəbul etmədən dözə bilərsiniz. Daha uzun müddət çöldə olacaqsınızsa, yanınızda mütləq su saxlayın. İdman sonrasında maye itkisini dərhal tarazlamanız çox əhəmiyyətlidir. Tərləməklə birlikdə bədəndən atılan mayenin təkrar yerinə qoyulması lazımdır.

 


Su içmək üçün susamağı gözləməyin!

Susadınızsa, həyəcan zəngi basır deməkdir! Əslində susama hissinin ortaya çıxmasına qədər gözləməməniz lazımdır. Maye itkisinin əlamətləri; tünd rəngli sidik ilə ağız və gözlərdəki quruluq hissidir. Məşq sonrasındakı maye ehtiyacını təyin etmək üçün dartılın. İdman sonrasındakı ağırlığınızı idman əvvəlindəki ağırlığınızdan çıxararaq nə qədər maye itirdiyinizi təsbit edə bilərsiniz.

 


İçki seçiminə diqqət!

Seçəcəyiniz içki, hədəfinizə bağlı. Möhkəm bir şəkildə idmanmı etmək istəyirsiniz, yoxsa məqsədiniz zəifləməkmi? Məşq əsnasında,adabta olmaq məcburiyyətində olan ehtiraslı idmançıların karbonhidrata ehtiyacları var. Meyvəli sodalar bu mövzuda yaxşı bir seçki.

 


Zəifləmə marağında olanlar mütləq suyu seçməlidilər

Dadı xoşunuza getmirsə, içinə bir neçə damla limon suyu ya da bir miqdar zəncəfil əlavə edə bilərsiniz.

/Mənbə: Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 9 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri