Sevgiyə son qoyan 7 SƏBƏB

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 847
Səs ver:
(səs: 3)
http://imgs.su/tmp/1315483848-656.jpg

Onu sevdiyiniz halda münasibətinizin bitməsinə imkan verməyin. Sevgi münasibətlərinin 7 qatili:
1. Münasibətləri idarə etmək

Bir çox insan münasibətə rədd edilmə qorxusu ilə başlayır. Zamanla bu itirmək qorxusuna çevrilir. İtirmə qorxusu münasibətlərin idarə edilməsinə gətirib çıxarır. İdarə etmək hökm etmək, günahlandırmaq, mühakimə etmək kimi davranışlarla özünü göstərir.

2. İnadkarlıq

İnadkarlıq xüsusiyyəti bəzən idarə etmə kimi də qiymətləndirilir. Münasibətlərdə inadkarlıq edən cütlüklər daha tez bezir və bu ayrılığa səbəb olur.

3. Maddi problemlər

Əgər münasibət sadəcə qarşı tərəfin maddi vəziyyətinin yaxşı olduğuna görə başlayıbsa, mütləq bir gün sona çatacaq. Münasibətlərin sevgi ilə başlaması və maddi problemlər səbəbindən sona çatması da mümkündür.

4. Alkoqol və digər asılılıqlar

Narkotik maddə, içki və digər asılılıqları olan insanlar həyatlarındakı problemləri bu yolla unutmağa çalışdıqları vaxt münasibətlərin sona çatma mərhələsi başlayır.

5. Qarşı tərəfi dəyişdirməyə çalışmaq

İnsanlar bir-birini bəzi özəl xüsusiyyətlərinə görə sevdikləri halda , bir müddət sonra bu özəllikləri dəyişdirməyə çalışırlar. Qarşı tərəfi dəyişməyə çalışmaqdansa, onunla səmimi müzakirə aparmaq, problemlərin həlli yollarını tapmaq məsləhət görülür.

6. Uşaqlar

Uşaq mövzusunda problemlər uşaq sahibi olmaq istəyindən başlayır. Bəzən bir tərəfin uşaq istəməsi, digər tərəfin isə buna qarşı çıxması problemlərə səbəb olur. Bəzən çox işləyən ailələr uşaqlarına yetəri qədər vaxt ayıra bilmədikləri üçün, ortaya çıxan problemlər münasibətləri təhlükə altına salır.

7. Gələcək haqqında problemlərin fərqliliyi

Bəzən gələcəklə bağlı düşünülmüş planlar, xüsusən də qarşı tərəflə razılaşdırılmamış planlar münasibətlərə ziyan vurur.

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 2 847
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri