Gənclər geyim mədəniyyətinə niyə əməl etmirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 10 230
Səs ver:
(səs: 1)
Abırlı geyinmək insanı ağayana, kübar göstərir

Əgər əvvəllər açıq və dar geyimləri çox vaxt gənclər geyinirdilərsə, bu gün kifayət qədər orta və daha yaşlı xanımlar da şalvar, sarafan və mini yubka geyinirlər. Çox açıq geyinmələrinin səbəbini soruşanda isə bunu dəblə əlaqələndirirlər. Həm də xanımlar bu cür geyimlərdə yalnız istirahətə və ya əyləncələrə deyil, təhsil müəssisələrinə, iş yerlərinə də gedirlər.

Bakı sakini Aynur Xəlilova satışda olan geyimlərin çox açıq olmasından şikayət edir: "Son zamanlar mağazalarda dəbə uyğun bağlı geyim tapmaq olmur. Geyimlərin hamısı dar və ya çox qısa olur. Xüsusilə də yayda əksər kofta və donlar sinəsi açıq və nazik iplidirlər. Bu səbəbdən də açıq geyinənləri qınamıram. Ona görə ki, hansı geyimi satırlarsa, o geyimi də alıb geyinirik".

Ali məktəb tələbəsi Vaqif Kərimovun sözlərinə görə isə açıq-saçıq geyinənlər arasında rayondan və ya kənddən yenicə gələn qızlar çoxdur: "Belə ki, onlar şəhərdə hamının açıq geyindiyini düşündüyü və onlarla ayaqlaşmaq istədiyi üçün açıq geyimlər geyinərək özlərini dəbli göstərmək istəyirlər. Nəticədə isə həddini aşır və geyimlərində ifrat dərəcədə açıq-saçıqlığa yol verirlər. Çox vaxt da şəhərə tək gələn qızlar heç kimin onları tanımayacaqlarından istifadə edib açıq geyinir və çox makiyaj edirlər. Düşünürəm ki, bu cür davranmaları geyim mədəniyyətimizə xələl gətirir" deyən həmsöhbətimiz ümumiyyətlə, açıq-saçıq geyinənlər üçün cərimə tətbiq edilməsinin tərəfdarıdır.

Hüquqşünas Ramil Qaçayev isə deyir ki, ölkədə açıq-saçıq geyimə görə cərimə tədbiq olunmasa da, müəyyən şirkətlərin nizam-intizam qaydalarına görə açıq-saçıq geyimlər qadağan edilə bilər: "Belə ki, qaydalara uyğun olaraq işçilər açıq geyindiyi üçün töhmət oluna və ya işdən qovula bilərlər. Adətən bank kimi ciddi iş yerlərində işçilərdən işgüzar üslubda geyinmək və etik normalara riayət etmək tələb olunur. Təhsil müəssisələrində, bəzi iş yerlərində geyim mədəniyyətinin gözlənilməsi tələbi qoyula və ya geyimdə müəyyən forma tətbiq edilə bilər".

R.Qaçayev bildirib ki, geyimə görə vətəndaşları hansısa çərçivəyə salmaq və ya geyimin açıqlığında müəyyən həddin gözlənilməsini tələb etmək düzgün deyil: "Bir sıra şirkət və ya təhsil müəssisələrinin daxili nizam qaydalarında geyimlə bağlı məhdudiyyətlərin qoyulması normaldır. Lakin gündəlik həyatda vətəndaşlar istədiyi kimi geyinə bilərlər. Yəni ki, hər bir şəxsin istədiyi kimi geyinməyə hüququ var. Qanun buna icazə verir" deyən hüquqşünasın sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində geyimlə bağlı vətəndaşların cərimə olunması və ya məsuliyyətə cəlb olunması nəzərdə tutulmur: "Vətəndaşlar ictimai yerlərdə geyimsiz gəzdiyi halda isə bu ictimai asayişin pozulması kimi qiymətləndirilir. Geyimsiz evdən çıxan və bu cür vəziyyətdə küçədə gəzənləri isə polislər saxlamalıdır. Bu tərzdə ictimai yerlərdə görünən adamları məhkəməyə də vermək olar. Geyimdə açıq-saçıqlığın həddinin gözlənilməsi, minimum geyimin nə qədər olması isə qanunvericilikdə göstərilmir".

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, açıq-saçıq geyimlərə qadağa qoya bilmərik: "Çünki bizim ölkəmiz demokratik bir dövlət imicini formalaşdırır. Yaxşı olar ki, biz bu sahədə daha çox maarifləndirməyə və daha çox mənəvi inkişafa diqqət verək. Ona görə ki, mənəvi inkişafımız lazımi şəkildə olsa, geyim məsələsi öz-özünə tənzimlənəcək. Gənclərimiz bilməlidirlər ki, abırlı geyinmək onları daha kübar, ağayana və ya xanım-xatun göstərir. Bunu anlasalar geyimin açıqlığı ilə bağlı problemlər həll olunacaq".

İnsanların açıq-saçıq geyimi ilə bir-biri ilə sanki yarışdığını deyən Qəşəmoğlu bildirib ki, bunun qarşısını almaq üçün ictimai qınağın olması vacibdir: "Yaxşı olar ki, insanlar açıq-saçıq geyimləri ilə deyil, mənəvi keyfiyyətləri ilə yarışsınlar. Belə ki, mənəvi amilərin ön planda olması geyim məsələsini də tənzimləyir. Mənəvi məsələlərə diqqət azalanda isə gənclər öz xarici görünüşü, bəzəkləri, malik olduğu maddiyyatı ilə yarışırlar".

Müsahibimiz qeyd edib ki, Azərbaycanda açıq-saçıq geyimlərin yayılmasının bizim milli-mənəviyyatımızın inkişafına nə dərəcədə kömək etdiyini və ya ziyan vurduğunu aydınlaşdırmaq lazımdır: "Həm də gənclər başa düşməlidirlər ki, açıq-saçıqlıq cəmiyyətdə rahatlıq, yoxsa narahatlıq yaradır. Məsələn, hər bir qız cəmiyyətimizin açıq-saçıq geyimə müsbət münasibət göstərmədiyini və açıq-saçıq geyimin onların karyerasına, ailə qurmasına da mənfi təsir göstərdiyini anlasa, təbii ki, geyimdə mədəniyyəti gözləyəcək. İctimai qınaq da bunun qarşısını alacaq".

Onun dediyinə görə, açıq-saçıq geyinmək neqativ haldır və bu rəğbətlə qarşılanmır. Çünki bu, müxtəlif aspektlərdən mənəviyyatın aşınmasına da təsir edir.//EksPress
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 10 230
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri