“Səni Axtarıram” verlişini baxımlı edən 4 səbəb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 670
Səs ver:
(səs: 3)

Dəyərli Oxucu! Hər dəfə olduğu kimi bu yazımda da oxucu marağını əsas tutaraq maraqlı bir mövzuya toxunmağı labüd gördüm. Bu yazıda Azad Azərbaycan kanalında yayımlanan ən reytinqli verlişlərdən biri (bəzi mənbələrə görə birincisi) olan Xoşqədəm Hidayətqızının aparıcılığında efirə çıxan "Səni Axtarıram” verlişinin uğur səbəblərini nəzərinizə çatdıracam. Səbəbləri açıqlamadan öncə bildirim ki, layihənin personasına və xarici layihə kimi yerli bazarda tətbiqi barədə fikir söyləməyəcəm. Yazının məqsədi ümumilikdə layihə niyə baxımlıdır – bax bunu açıqlamağa çalışmaqdır.

 

İlk uğur səbəbi – duyğusal ehtiyacı hiss etmək. Belə ki, yaradıcılar insaların "əzizimi axtarıram” ehtiyac mesajını duymuş və bunun üzərinə verliş yaratmışdırlar. İnsanların müəyyən vaxt keçdikdən sonra nostalji hissləri yaşamaq ehtiyacı yaranır. Bu müxtəlif formalarda özünü biruzə verir. Məsələn, uşaq parklarına getmək, məktəbi ziyarət etmək və digər. Bunlardan biri də keçmişdə tanıdığın, dost olduğun birini yenidən görmək və bundan əlavə həmin adamla keçmiş xatirələri yada salmaq. Məhz buna səbəbdir ki, insanlar şüuraltı olaraq (əksər hallarda insanlar bu verlişə tənqidi yanaşmaları olsa da həvəslə baxmalarının səbəbi də budur) verlişə baxır, sanki keçmişi ona xatırladacaq birini görəcəkmiş kimi gözləyir. Bundan əlavə isə insanların bu ehtiyacı ödənənədək (hansı ki, bu ehtiyac heç vaxt tükənmir) bu verlişin daimi izləyicisi olurlar. Bu da marketinqin dili ilə desək "loyal müştəri bazası” yaratmaq deməkdir.

 

İkinci uğur səbəbi – güclü təşkilatçılıqdır. Daha dəqiq, axtaran insan  (müştəri) məmnun ayrılması üçün əllərindən gələni edirlər. Bunun üçün axtarış personalı –  qurumlar, təşkilatlar, sosial şəbəkə və digər adam tapılması gərəkən hər yerdən istifadə edirlər. Bu da o dəməkdir ki, müraciət edən hər kəs nəticənin nə olmasından asılı olmayaraq ehtiyacı ödənmiş məmnun ayrılır.

 

Üçüncü uğur səbəbi – emosianal aparıcılıq. Mənim Xoşqədəm Hidayətqızında verliş çərçivəsində heç bir qüsur görmürəm. Məsələ ondandır ki, nəzərə alsaq ki, verliş bu cür emosianal tərzdədir o zaman burda teatral apacırılıq vacibdir. Bu verlişdə "atom hissəciklərin protonlara parçalanma” səhnəsini görməniz mümkün deyil. Televiziya qarşısında əyləşənlərin studiyada baş verənlərə "kül başına”, "halal olsun kişi adamsan”, "sənə hələ o da azdır” kimi kəlimələr işlətməsinin səbəbkarı - Xoşqədəm Hidayətqızıdır. O, Sizin evdə həyəcanla izlədiyiniz, reaksiya vermək istədiyiniz reaksiyanı nümayiş etdirir. Sadə dillə desək, izləciyinin cildinə girir. Və izləyici orda özünü görür, bu da marketnqin qızıl qaydasının biridir – məhsula müştəri gözü ilə bax!

 

Dördüncü uğur səbəbi – yayımalanan kanal. Heç şübhəsiz ki, Azad Azərbaycan kanalı ən baxımlı kanallardan biridir. Bu da o deməkdir ki, geniş izləyici kütləsi burdadır. Nəticədə bazar olan yerdə doğru mövqeylənmə edilmişdir. Fikrimcə, nəinki, "Səni Axtarıram” verlişi, başqa layihələri də bu kanalda uğur qazandırmaq olar.

 

Nəticə: Verlişə "Kim harda necə?” gözü ilə deyil, peşəkar yaradıcılıq və komanda şəklində fəaliyyət nəzəri ilə baxdıqda, həqiqətən insanların işlərini mükəmməl şəkildə etdiklərinin şahidi olacaqsıınız.


// Facemark.az  Ramil Cabbarov

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 670
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri