6. Qadının üst dodağı onun bədənini ən erogen zonalarından biridir.
Onlar bunu, üst dodağı və damağı (ağız boşluğunun yuxarı hissəsinin
səthi) klitorla birləşdirən xüsusi energetik kanalın mövcudluğu ilə izah
edirlər. Bu kanal bədənin məxfi onuncu qapısı kimi tanınır; bu kanalla
incə cövhər axır. Müasir dildə desək, orqazm zamanı bu kanal ilə güclü
enerji hərəkət edir.
Üst dodağın masajı cinsi enerjinin azad çıxmasına təkan verir və cinsi oyanmanı şövqləndirir.
Qədim məhəbbət mətnlərində səkkiz əsas öpüş növü təsvir edilir;
"ilk öpüş". Qız
oğlanla birinci görüşə gələrkən, utanıb-sıxılır. Oğlana məsləhət
görülür ki, o bu səddi aradan götürmək üçün qızın boynunu yüngülcə
çimdikləyib qulağından, yaxud başından astaca öpsün. Sonrakı öpüş "qarşılıqlı etiraf"
adlanır. Bu o vaxt baş verir ki, artıq tanış olmuş oğlan və qız yenidən
görüşdükdə üzlərində sevinc ifadəsi, dodaqlarını bır-birlərinin
yanaqlarına toxundururlar. Və nəhayət üçüncü öpüş. Gənc qız onun xoşuna
gəlmiş oğlandan ayrılarkən, ehtiras və həyəcandan titrəyərək, ona ani
öpüş bəxş edir. Bu üçüncü busə - "titrək öpüş" adlanır.
Təsvir edilən sonrakı öpüşlər müəyyən təcrübəsi olan kişi və qadınlara aiddir və onları vəcdə gətirmək üçün nəzərdə tutulub.
Hər ikisinin dodağı yüngülcə bir-birinə toxunduqda bu, "birbaşa öpüş" adlanır.
Kişi və ya qadın öz sevgilisinin hər iki dodağını öz dodaqları arasında sıxanda, bu, "sıxıcı öpüş" adlanır.
Sevgililərdən biri öz diliylə o birinin dilinə və dodağına toxunanda və o naz edərək buna yüngülcə müqavimət göstərəndə, bu, "dillərin mübarizəsi" adlanır.
Kişi qadının üst dodağını, qadın isə onun alt dodağını öpəndə, bu, "üst dodağın öpüşü"
adlanır. Bu zaman qadın xəyalən enerji kanalını onun klitorundan üst
dodağına gələn neon qaytan şəklində təsəvvür etməyə çalışmalıdır. O öz
vumenlərini (uşaqlıq yolunu əhatə edən xüsusi əzələlər) yığmaqla bərabər
dərindən nəfəs almaqla bu kanaldakı enerji cərəyanını stimullaşdınr.
Həmin kanalı idarə etməyi öyrəndikdən sonra qadın sevgi oyununda həm
özünün, həm də sevgilisinin aldığı ləzzəti istədiyi vaxt artıra bilər.
"Üst
dodağın öpüşünün daha bir növü. Vəcdə gəlmiş qadın kişinin alt dodağını
dişlərin arasına alaraq, yüngülcə çeynəyib dişləyir. Kişi də eyni
vaxtda onun üst dodağı ilə həmin hərəkəti edir. Bu onları daha çox vəcdə
gətirir. Bütün varlığını bürümüş ehtirasdan üz-gözü dəyişilmiş qadın
(və ya kişi) öz sevgilisinin bədənini öpüşlərə qərq edir. Onun dili və
dodaqlan bədənin üstüylə gah surətlə, gah ləng hərəkət edir. Bu, həzzin
yaranma nişanəsi olduğu üçün öpüş də "nişanə" adlanır və sairə.
Ehtiras və eşq haqqında qədim təlimatlarda şəhvətdən doğan öpüşlər
bax bu cür təsvir edilir. Öpüş zamanı üz və ağız əzələlərini boş
saxlamağı öyrənin. Yadınızda saxlayınki, öpüşmə ağızların ikiqat
"alovundan" törəyən çox qiymətli maye və enerjinin mübadiləsinə imkan
yaradır. Öpüşmə məharəti düzgün mənimsənildikdən sonra sevgi oyunudaha
ehtiraslı olub, orqanizmə, sinir tellərinə sakitləşdiricivə müalicəvi
təsir göstərir.
Müasir tədqiqatçılar müəyyən etmişlər ki, səhərlər
işəgedərkən öz arvadlarını qucaqlayıb öpən kişilər bunu etməyənlərdən
orta hesabla beş il çox yaşayır, yol qəzalarına az düşür və dahaçox
qazanırlar.
Mənbə Qadın sirləri kişi problemləri
Müəllif Gennadiy Malaxov
Tailandda ən uzunmüddətli öpüş müsabiqəsi turizm şəhəri olan Pattayda
keçirilib. Rekord yenilənməsində 14 cütlük iştirak edib ki, onlardan
7-i rekorda imza ata bilib. Cütlüklərin öpüşü 46 saat 24 dəqiqə 9 saniyə
davam edib. Müsabiqə təşkilatçısının sözlərinə görə, rekordçuların sayı
və əldə edilən nəticə gözlədiklərindən çox olub.
Qaydalara görə,
iştirakçılara oturmağa icazə verilməyib. Onlar ancaq ayaqyolundan
istifadə ediblər. Suyu və şirəni isə boru vasitəsilə içiblər. Yarışa
yalnız əsl sevgililər buraxılıb. Belə ki, rekord vurmaq istəyənlər ya
evlilik şahədətnaməsini göstərməli, ya da valideynlərindən məktub
gətirməli idilər. Qaliblərə 1,6 min dollar dəyərində brilyant üzük və
3,2 min dollar pul mükafatı verilib.
Öpüşmək insanlara həzz verməklə yanaşı, həm də onların orqanizmi üçün
faydalıdır. ktiv öpüşmə əsnasında üzün 34 əzələsi hərəkət edir. Bundan
başqa, damaq, dil və kəllənin hərəkətli alt hissəsi də "gimnastika”
etmiş olur. Bu "gimnastika”dan sonra əzələlərin hərəkəti nəticəsində
dəriniz gərginləşir və parlaq qalır.
Öpüşərkən qan dövranı da
sürətlənir və nəbz artır. İfraz olunan adrenalin və endorfin hormonu
sayəsində insan özünü xoşbəxt hiss edir. Aparılan araşdırmaların
nəticələrinə görə, davamlı olaraq, öpüşənlər beş il daha artıq
yaşayırlar. Çünki öpüşmə zamanı kimyəvi reaksiyalar immunitet sistemini
gücləndirir.
Evdən çıxarkən həyat yoldaşları tərəfindən öpülən
kişilər maşını daha sakit sürürlər. Bu da qəza nisbətini aşağı salır.
Hər halda eyni şey qadınlar üçün də etibarlıdır.