`Xəzinənin faydası`

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 778
Səs ver:
(səs: 2)
Keçmişdə bir qaniçən, istilaçı hökmdar vardı. İşi-peşəsi müharibə eləmək, ölkələri viran qoymaq, çapıb-talayıb qənimət yığmaq, xəzinəsini qızıl-gümüşlə doldurmaq idi. Bu xəzinənin qəribə bir sirri vardı. Qapısı ancaq çöldən açılırdı. Açarın biri hökmdarda, o birisi isə xəzinədə idi. Qapı gərək ehtiyatla açılaydı. Örtüldüsə onu içəridən açmaq mümkün deyildi. Padşah bir gün yenə böyük qənimətlə səfərdən qayıtmışdı. Xəzinədəki daş-qaşa, qızıl-gümüşə, zəngin sərvətə tamaşa eləmək üçün xəzinəyə yollandı. Sirli qapı hökmdarı məşğul eləməyə başladı: "Görəsən nə səbəbə qapı örtülür, ama açılmır?”. Bu fikir içində padşah xəzinənin qapısını açanda ehtiyatsız tərpəndi. Qapı örtüldü. Heç kəsin xəbəri olmadan o içəridə qaldı.
Bir gün, iki gün, üç gün keçdi. Padşah aclığa tab gətirə bilmirdi. Gördü ki, burda qalıb öləcək. Oğluna belə bir məktub yazdı:
"Oğul, ALLAH anlayandır. Taleyim elə gətirdi ki, ölkələr fəth eləyən atan xəzinədə acından öldü. Bu qədər qızıl, daş-qaş bircə həftə məni yaşada bilmədi. Bir xəzinə bir çörəyi əvəz edə bilmədi. İndi başa düşdüm ki, bundan ötrü bu qədər qan tökməyə dəyməzmiş. Ölkəni sülhlə idarə elə. Daş-qaş, qızıldan, var-dövlətdən ötrü müharibə eləmə, qan tökmə. Xəzinəni boş saxla. Təki anbarların taxılla, təknələrin çörəklə dolu olsun. Qızıl insanı yaşada bilməz, çörək yaşadar. Qızıl yeyilməz, Çörək yeyilər...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 778
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri