Yatağa qədərki dövrlə sonrakının fərqi .....

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 592
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1315731384-656.jpg

Bir insan kənardan özünü nə qədər də mükəmməl göstərməyə çalışsa da, bəzi anlar olur ki, içindəkini tam olaraq büruzə verir.
Tanıdığın və ya tanımadığınız insanı ən yaxşı bu hallarda tanıya bilərsiniz:


1.İçmişəm çaxır...
Bəzi insanların sərxoşluğu çəkilməz olur. Sevdiyiniz insandırsa, hardasa dözmək olar. Bir qurtum içən kimi insanın bütün kompleksləri dağılır, o vaxt da tanımağa başlaya bilərsiniz...

2. Mənə bir çay gətir!
İstədiyi qədər yaxşı, mülayim bir "mələk" olsun. Ofisiant, qapıçı və digər işçilərlə danışma tərzindən hər şey məlum olur. Yox əgər alçaldıcı tərzdə ofisianta: "Get filan şey gətir, filan şeyi niyə belə etdin?", - deyirsə, ən yaxşısı uzaqlaşmaqdı...

3. Daxilən irqçi
Hər şey normaldır, bir sıra məsələlərdə eyni olduğunuzu düşünürsünüz. Birdən elə bir söz deyər ki, adam donub qalır. Etnik, cinsi, dini ayrıseçkiliyini göstərən zarafat da etdimi, o insanı tanıdınız deməkdir.

4. Cığallıq
Uşaq vaxtı çox qarşılaşdığımız mənzərədir. Amma bəzi insanların cığalllığı böyüyənəcən keçmir. İş görəndə, harasa birlikdə gedəndə həmişə nəsə cığallıq edirlər.

5. Eyni evi paylaşmaq
Uşaqlıq dostunuz, tələbə yoldaşınız, sevgiliniz olsun - bir evi paylaşmaq çox çətin məsələdir. Qanınız bir olan bacı-qardaşla evdə yola getmək olmur, o ki qaldı kənar biri ilə. Otaq yoldaşınızdan bezəndə, boşqabı düzgün yerləşdirməməsinə də əsəbləşməyə başlayırsınız.

6. Ailəsinin yanında yoxlayın
Siz onu iş yerində, məktəbdə, əyləncə məkanlarında sevmiş ola bilərsiniz. Amma onu bir də ailəsinin, uşaqlıq dostlarının yanında görün. Bir-birilərinə müraciətləri, evində özünü aparması da insanı
tanımaq üçün yaxşı üsuldur.

7. Onu mən yeyəcəkdim!
Süfrədə bəzən boşqabdakı son vaflini, pomidoru, çörəyi insan nəzakət xatirinə yemək istəmir. Bəziləri isə heç kimi düşünmür, nəzakətlilikdən də uzaq, başqasını düşünməyən bir tipdən sizə xeyir gəlməz.

8. Xəbərlərə baxın
Çalışın bir dəfə də olsa, onunla gündəmin ən qaynar xəbərlərini izləyəsiniz. O insanın hadisələrə yanaşması, münasibətini yaxşıca gözdən keçirin. Somalidə acından ölənlərə "çörək yoxdu, piroq yeyin" deyirsə...

9. Borc-xərc işləri
Çox ehtiyacınız olub, borc almaq istəmisiniz. Pul olmasın olsun paltar və ya hər hansı əşya. Əgər sizə göz görə-görə "uşaqsayağı" bəhanələr uydurursa, uzaq qaçın.

10. "Axmağın biri..."
Köhnə dostu, sevgilisi haqda seçdiyi sözlərə diqqətli olun. Sizin də arxanızca deyilməsin...

11. Cinsi münasibət
Detallara varmağa ehtiyac yoxdur. Bir insanı tanımağın ən yaxşı yollarından biri də budur. O mərhələyə gəlincə deyilən sözlər, oyunlar, bəhanələrin doğru olub olmadığı dərhal aydın olur...

12. Avtoş!
Dostunuz, tanışınız deyə mindiniz maşına, amma minməz olaydınız! Özünü sizə göstərmək üçün o maşındakına "Sənə "prava" verənin...Cəld tərpən də, yatmısan?" deyə söyür , ona sataşır, buna söz atır, yüksək sürətlə "cəsarət"in göstərir... Yaxın bir yerdə salxatdırıb düşün.

13. Yas mərasimləri
Yaxın bir insanınızı itirmisinizsə, gözünüz qapıda olur. Dostlarınızın yanınızda olmasını, sizə dəstək üçün gəlməsini çox istəyərsiniz. Siz nələr gözləyirsiniz, onlardan bəziləri heç zəng də vurmur!

14. Sevgi üçbucağı
Hərdən iki dost eyni adama vurulur. Sevgi-məhəbbət işlərində "İstəyirsənsə, birinci sən al" kimi söhbətlər olmur. Sevgimi, dostluqmu...Bu vəziyyətdə sevilən şəxsin hər ikisindən də yaxa qurtarması yaxşı olar. Ağlı varsa əgər...

15. Ah vəzifə vəzifə...
Bir insanı ən yaxşı əlinə güc, pul, vəzifə keçəndə tanımaq olar. Hətta bəzən heç vəzifəcə qalxmasını gözləmək lazım gəlmir, bir gün təriflənsə, davranışında mütləq bildirəcək.

16. Mübahisə edin
Gündəlik həyatda hər şey yaxşıdır. Yola gedirsiniz. Ancaq azca narazıçılıq, dava düşən kimi hansı sözləri, hərəkətləri edəcəyinə baxın. Sözü bitən kimi "Səni biabır edəcəm", "Verdiyim pullar boğazından gəlsin" deyirsə, başqa dostlar tapmağa yönəlin.

17. Sosial mediada izləyin
Facebookda, Twitter-də kimi izləyir, kimlərlə dostdur? Kimləri, nələri "bəyənir"? Nə tipli "status"lar, "tvit"lər paylaşır? İnsanı tanımanın yəqin ki ən "müasir" yolu budur!

18. Futbol oynayaq?
Dostunuzun ayağından topu alıb getməyinizlə, onun arxadan sizə təpik vurub yıxmağı bir olur. Diqqətlə baxın, görün topu almaq, oyunu qazanmaq üçün daha nələri edəcək.

19. Yola çıxın
Yola çıxmaq haqda çoxlu atalar sözləri və məsəlləri yəqin ki xatırlayarsınız. Yola "yaxşı qızdır, şirindir" sözləri ilə çıxırıq, "qaraqabaq, "zəhər tuluğu" biri" ilə qayıdıq. Hətta bəzən tətildə xırdaçı, səliqəsiz, pintinin biri olduğun da öyrənəndən sonra...

20. Xahiş edirəm...
Adi bir şeyi xahiş edin. Yoxlayın görün nə qədər məsuliyyətlidir.

 

(səs: 2)
Şərhlər: 0
Baxılıb: 2 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri