Qeyri-adi elan: "Ölürəm, ərimə qadın axtarıram"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 549
Səs ver:
(səs: 2)
Amerikalı qadın populyar elan servislərindən birində qeyri-adi elan yerləşdirib.
Xərçəng xəstəsi olduğunu və ölümünə az qaldığını yazan qadın ərinə yeni arvad, yaxud da sevgili aradığını yazıb.
 
Qadınlar.Biz milli.az-a istinadən bildirir ki, ABŞ-ın Konnektikut ştatındakı Hartford şəhərinin sakini Şeron B. populyar Craigslist servisində yerləşdirdiyi elanda sevgilisini çox sevdiyini və məhz bu səbəbdən də onun üçün sevgili aradığını bəyan edib.
 
"Beş ildən bəri birlikdə yaşadığım ərim üçün yeni qadın, sevgili arayıram. Bu yaxınlarda müayinə olundum və həkimlər mənə mədəaltı vəz xərçəngi diaqnozu qoydular. Həyatım sönür, ölümümə çox qalmayıb.
 
Sevgilim "A" çox diqqətli, səxavətli, həlim və yaxşı insandır. Onunla qeyri-rəsmi beşillik həyatım var. Ərimlə nikahım rəsmi olmasa da, realdır. Ölümümdən sonra onun tənha qalmasını istəmirəm", - Şeron yazıb.
 
O, "A"-nın bu elandan xəbərsiz olduğunu vurğulayıb.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 549
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri