Mənalı cümlələr

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 38 399
Səs ver:
(səs: 6)
Həyat bir neçə notdan və onun çoxlu təkrarından ibarət, uzun, üzücü bir nəqarət. Bu gün bayram, sabah matəm.


Onları nə vaxt yaşadın ki, indi ildönümləri yaxandan əl çəkmir. Bu yaşadığın həyatın əsli deyil, bəlkə, surətidir, bəs onda hanı bu həyatın əsli?!
Uzun, üzücü bir nəqarət...

Sən yenə solo oxumaq istərdin, lakin imkansız, "Bir çayda yalnız bir dəfə çimmək mümkündür”.

Sən özündən ən azı yaşca nə qədər böyük olan fikri dəyişə bilməzsən, onunla döyüşə bilməzsən, ancaq barışa bilərsən.

Bilirəm, çətindir, çoxdan sözə çevrilmiş, dırnağa (hasara) alınmış bu fikirlərin əhatəsində yaşamaq.

Cəmiyyətdən kənar, xəyali səhralar çoxdan zəbt edilmiş, "yeni torpaqlar” kəşf olunmuş, dənizlər keçilmiş, göylər ayaqlanmış.

Körpülər dilənçilərin, parklar, küçələr səfillərin.

Burdan qaçmağa yer yox, qanad açmağa yer yox, bayraq sancmağa yer yox, nə meydan var, nə zindan.

Qürbət də özgələrin, Vətən də.

Əsrlərdir bir şairin salamını "rüşvət deyildir deyə” almayanların içində yaşamaq qədər üzücü.

Ədalətin nə vaxtsa qalib gələcəyi fikri ən axmaq və ən qoca ümid. İnsanın ən böyük rəqibi zaman, onun üçünsə ən dəyərsiz olan insan düşüncələri.

Tarixin ən arxaik sözü-"Azadlıq”.

Daha heç bir quldan Spartak olmaz, ən böyük qul və ən böyük məğlub odur.

Piyadalar ən yaxşı halda vəzirə çevrilər, şaha yox.

Bu dünyada məğlubiyyətlər də təkrardı və təkrar məğlubiyyətin "anası” deyil, balasıdır və balaladıqca cılızlaşar məğlubiyyətlər.

Bu qəmi yemə, dünyanın bu iylənmiş qəmini. Səni udan o balıq da özündən böyüklərin yemidi. Heç bir ömür bitmiş fikir deyil, onsuz da, çünki heç bir fikir bitmir, əslində.

Torpaq heç kimdən adını soruşmur, sonda hamı onun üçün naməlum bir insan cəsədidir.

Və deməli, sonda gülən yenə də zamandır və elə ən kədərlisi də onun məhz sonda gülməsidir.
(səs: 6)
Şərhlər: 4
Baxılıb: 38 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri