Boşanmaların sayı niyə artıb?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 878
Səs ver:
(səs: 2)

http://imgs.su/tmp/1315979544-656.jpg

Tanışlıqların sayı isə çoxalmaqdadır

Azərbaycan. Ailə institutu tarixən cəmiyyətin əsas təsisatlarından biri kimi insani dəyərlərin, nəsillərin tarixi varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib.Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Həmçinin ölkəmizdə ailə dövlət tərəfindən də qorunur və himayə edilir. Ailə Məcəlləsinə görə, ər və arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım, hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. Doğrudur, bir evdə iki fərqli adamın yaşaması asan deyil və təbii ki, problemlər də yarana bilər. Lakin ilk olaraq həmin fərqlilikləri qəbul etmək və həyat yoldaşına olan hörmət və sevgisi naminə fədakarlıq etmək lazımdır. Həmin fədakarlıqlar isə qarşılıqlı olmalıdır. Bir vaxtlar bu fədakarlıqları edən insanlardan fərqli olaraq hazırda sadəcə qarşısındakı insanı dəyişdirməyə çalışırlar və əgər istədiyini ala bilmirlərsə, boşanmağa qərar verirlər. Doğrudur, bir sıra problemlər var ki, onlar boşanma üçün əsas ola bilər. Məsələn, buna əxlaqsızlıq, kişilərin narkotik, spirtli içki qəbul edərək qadını döyməsi və s. kimi halları misal göstərmək olar. Ancaq qısqanclıq, həyat yoldaşının çalışmasını qəbul etməmək, kiçik ailədə yaşamaq niyyəti kimi faktlarla bağlı boşananlar da var. Bəzən boşanmalara ailədə uşağın olmaması da səbəb olur. Ailədə uşağın olmasını yalnız kişi deyil, qadın da istəsə də, uşaq olmadıqda boşanma baş verir. Maraqlı fakt odur ki, çox zaman əgər qadının uşağının olması imkansızdırsa, kişi ayrılmağa qərar verir. Əksinə olduqda isə qadınlar onlarla yaşamaqdan imtina etmir.

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri