Başını qaldır ətrafa bax

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 3 050
Səs ver:
(səs: 2)
Yolla gedərkən başını aşağı salıb, addımlarını saymaqdansa ətrafına bax.
Hündür binalar, yarımçıq qalan 5 mərtəbəlilər və "Müvəqqəti çətinliyə görə üzr istəyən” parklar. Bunların əziyyətini çəkən bizlərdən biriləridir. Hansi ki, səhər-axşam qorxulu belə olsa 15-ci mərtəbədəki mənzilin eyvanını hörən, arabir həmin yarımçıq eyvanda oturub bütün yorğunluğunu bir siqaretdən çıxardan kişilər və ya uşaqlarına bir tikə çörək aparmaq üçün zavodlarda, mağazalarda işləyən və gecə yarı evə qayıdarkən küçələrdə əxlaqsız atmacalara məruz qalan ərsiz qadınlar...
Məktəb nədir bilməyən, amma universitetdə oxuyan tələbənin ayaqqabısını qaraldan, müqabilində qəpik-quruş alan körpələr və daha nələr-nələr...
Bu insanlar əziyyət çəkərkən pullarını seyflərdə gizlədən simiclər: Toxun acdan nə xəbəri?
Ya da yuxarı təbəqə. Hər həftə salon günü olan qadınların süni gözləri, taxma saçları, şişirdilmiş dodaqları və qab yuyaraq dırnaqları korlanan, ikiyə ayrılan qadınlar...
Evə gedərkən balaca qızı sevinsin deyə rəngli karandaşlar alan ata, ya da "Qızım götür bu 200 manatı, get nə istəyirsən al” deyən atalar. Fərq nədir? Rəngli karandaşlardamı? Yoxsa atalardamı?
Bəs hansı qadınlar daha xoşbəxtdir? Qab yuyaraq əllərinin qabarmasını izləyənlərmi? Yoxsa süni olanlarla gözəlləşənlərmi?
Gördüklərimiz sadəcə onların boyunlarındaki qır-qızıllarıdı, gördüklərimiz işsizlikdən hər saat ard-arda kül etdikləri siqaretləridir. Bəs gözlə görə bilmədiklərimiz? Bəs onların daxilində baş verən üsyanlar? Puç olan arzular, yarım qalan sevgilər-amma başlanğıcda "hər zaman yanındayam”la başlamışdı halbuki...
Sən... Hə, sən! İndidən tik xoşbəxtlik evini, hər gün bir kərpic daha qoy ki, sonra heç bir yer səndən müvəqqəti olan problemə görə üzr istəməsin. Hər gün bir kərpic daha ki, sonra başladığın sevgi yarım bitməsin...
İndidən yer alacağın təbəqəni özün seç, çünki indi kasıb çox kasıb, varlı isə çox varlıdı... Bəlkədə sən öz tarazlığını qurub tən ortada dayana bilərsən...
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 3 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri