Dünyanın ən məşhur yalanları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 157
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315981908-656.jpg

Oxucularımıza dünyanın ən məşhur yalanlarını təqdim edirik

Mustafa Kamal Atatürkü kim öldürüb?

Mustafa Kamal Atatürkün masonlar tərəfindən öldürüldüyü iddia edilir. Masonların onların fəaliyyətinə son qoyduğu üçün Atatürklə düşmən olduqları və xüsusi həkim göndərərək onu zəhərləyib öldürdüyü fərz edilir.

QİÇS SİA və "KQB" qurmasıdır

QİÇS virusunun 1974-cü ildə xüsusi mütəxəssislər tərəfindən hazırlandığı bildirilir. Bu virusun SİA və KQB tərəfindən dünya əhalisinin sayının azaldılması məqsədilə yaradıldığı güman edilir.

Saxta Elvis Presli ölümü

1977-ci ildə yayılan Elvis Preslinin ölüm xəbəri pərəstişkarlarının bir çoxu tərəfindən oyun adlandırılır. Onun həqiqi ölüm tarixinin 1990-cı il olduğu güman edilir.

MI6-nın Şahzadə Diana planı

Şahzadə Diananın öldürülməsi sui-qəsd oyunlarının başında durur. Şahzadə Diananın Dodi El Fayet ilə münasibətləri İngiltərə Kral ailəsinin nüfuzuna ağır zərbə vuracağı üçün, cütlüyün MI 6 - İngiltərə gizli servisi tərəfindən öldürüldüyü güman edilir.

Saxta Paul Makkartni

Ən yayğın şayiələrdən biri də budur ki, guya əfsanəvi "Beatles" rok qrupunun ulduzlarından biri olan Paul Makkartni 1996-cı ildə avtomobil qəzasında ölüb, amma qrupun dağılmaması üçün bu fakt gizlədilib və Paulun yerinə başqa adam gətirilib və Paul Makkartni kimi təqdim olunub.

Qlobal istiləşmə yalandırmı?

Bəzi iqlim mütəxəssisləri qlobal istiləşmənin həqiqətə uyğun olmadığını, sadəcə yüksək vergilər tətbiq etmək üçün bəhanə olduğunu bildirirlər.

11 sentyabr - ABŞ-ın böyük oyunu

11 sentyabr 2011-ci ildə Nyu-Yorkda Dünya Ticarət Mərkəzində baş verən hadisələrin əslində terror deyil, ABŞ-ın qurduğu oyun olduğunu iddia edənlər də artmaqdadır.

"Böyük Türk Birliyi" qorxusu

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümündən sonra onun "Böyük Türk Birliyi" qurmaq istədiyi və bu səbəbdən öldürüldüyü haqqında iddialar var.

Barak Obama yalanı

ABŞ prezidenti Barak Obamanın atasının keniyalı olmasına görə, Barak Obamanın da Keniyada doğulduğu güman edilir. ABŞ prezidentliyinə namizədlərdən tələb olunan tək şərt ABŞ-da doğulmasıdır. Barak Obamanın doğum haqqında sənədi göstərməsinə baxmayaraq, bunun yalan olduğu iddia olunur.

(səs: 3)
Şərhlər: 1
Baxılıb: 3 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri