Anan və sən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 178
Səs ver:
(səs: 1)
Bax... Anan və sən. O doqquz ay səni bətnində bu cür saxladı. Tez-tez ürəyi bulandı və daima özünü narahat hiss etdi. Ayaqları şişdi, bədəninə su yığıldı, dərisi dartıldı. Sən onun bətnində olarkən ən yüngül işlərdə belə nəfəsi çatmaz hala düşdü. Çünki, nəfəsini səninlə bölüşürdü. Məsələn pilləkən çıxarkən çox yorulurdu. Ayaqqabılarını bağlamaq kimi ən sadə işi belə çətinliklə edirdi. Sən onun bətnində təpikləyərkən və qıvrılırkən, o çox gecəni yuxusuz və ağrı ilə keçirdi. Doğuluşun isə tərifi imkansız ağrıya səbəb oldu. Sənə sahib olmaqdan başqa heç bir məqsəd üçün bu ağrını çəkməyə dəyməzdi.
O sənin dayən, xidmətçin, müəllimən, sürücün, aşpazın, ən böyük pərəstişkarın, ən yaxın dostun oldu. Səni hiss etdiyi andan etibarən sadəcə sənin üçün yaşadı və özünü ikinci plana atdı.
Sən yeyəndə doydu, sən yatanda dincəldi. Sənin üçün mübarizə etdi, edir və hər zaman mübarizə edəcək. Sənin üçün ümidləndi və xəyallar qurdu. Sənin yerinə üzüldü, sevindi, hirsləndi və bunların hamısını qarşılıqsız etdi.
Ətrafında anasını itirmiş, hətta heç görməmiş insanlar var. Bu bir gün sənin də başına gələcək. Ona təşəkkür etmək üçün yetərli vaxt tapmaya bilərsən. Çalış ona hər fürsətdə dəyərli olduğunu hiss etdir və bunu hələ də edə bildiyin üçün özünü şanslı hiss et və Həmd et!!!
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri