Çiçəklər haqqında

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 17 412
Səs ver:
(səs: 4)

 

Qızılgül — dekorativ çiçək becərmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı.

Qızılgülün kök sistemi milvarıdır və torpağın 5 m dərinliyinə kimi işləyir.Çoxgövdəli olmaqla,budaqlıdır. 1,5-2 m hündürlükdə
koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır.Yarpaqları gövdə üzərində növbə ilə yerləşir.İri kolunda 800-1000
ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur.Ətraf mühitdən asılı olaraq,efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu
dövrdə bitkinin budaqları tez-tez dəyişir.Qızılgüldə iki tip çoxillik budaqlar: Əsas və ya anac və boyu tükənən budaqlar
mövcuddur.Beş tip birillik zoğları(boy-verən,vaxtsız çıxan,yağlı,generativ və silleptik)vardır.
Əsas və ya anac budaqlar 5-6 yaşda olub,üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.

 

İnci çiçəyi
Botanikadakı adı Convallaria Majalis olan və xalq arasında May çiçəyi kimi tanınan inci çiçəyi, Zambaqkimilər fəsiləsindən
olub,daha çok İstanbul,İzmir ve Toros dağlarının olduğu bölgələrdə bitən,balaca ağ çiçəkli ve gözəl ətirli bir çiçəkdir.15-30 sm hündürlüyündə olan inci çiçəyinin kiçik qırmızı yemişləri vardır ve zəhərlidir.

İnci çiçəyi kölgəli ve rütubətli yerləri sevir.Salxımlar formasında böyüyən ağ çiçəkləri onun dekorativ bitki olaraq istifadəsi edilməsi üçün idealdir.

İnci çiçəyi kök,gövdə,saplaq,yarpaq və çiçəkləri,yapışqan bitki mayedən ibarətdir.Çiçəklərindən ətir istehsalında istifadə olunur. Eyni zamanda sağlamlığa,xüsusilə də ürəyə və qan dövranına faydalıdır.

 

Yasəmən
Yasəmən, zeytungüllər (Oleaceae)fəsiləsinin Jasminum cinsindən olub,300 ə qədər tropik ve subtropik bitki növündəndir.Gözəl ətirli çiçəklər açan bu çoxillik bitki növü Qərbi Amerika xaric bütün qitələrdə yabanı olaraq bitir.
Yasəmən növünün çoxu sarmaşıq formadadır.Ağ, sarı və çəhrayı rəngli çiçəklər açır.Ən çox becərilən yasəmən növlərindən biri adi yasəməndir (Jasminum officinale).Vətəni İran olan və Mərmərə ətrafındakı ölkələrdə çox rast gəlinən bu bitki parlaq yarpaqları və xoş qoxulu ağ çiçəkləriylə, parkları və bağçaları bəzəyir. Bu çiçəkdən həmçinin ətir sənayesində yağ istehsal olunur.

 


Bənövşə

Bənövşə,bənövşəgüllər (Violaceae) fəsiləsinə aid olub Viola cinsindən olan bitkidir.Çox zaman dipçəkdə becərilir.400-lə 500 arası forması vardır.Dünyanın bir çox yerində yetişdirilməyi ilə yanaşı ən çox Qərb yarımkürədə bitir. Eyni zamanda Havay ve Cənubi Asiyada da bitir.Təbiətdə işıqlı, lakin kölgədə və nəmli bölgələrdə yetişir.
 
 
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 17 412
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri