Öpüşmək haqqında hər şey

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 11 800
Səs ver:
(səs: 0)

1. Bir birini öpüb sevgi andı vermək ənənəsi Rusiyada yaranıb.

2. İtaliyanın Reçione şəhərinin akvaparkında beynəlxalq öpüş çempionatı keçirilir. Yarışmada dünyanın müxtəlif ölkələrindən iştirakçılar gəlir və ən çox dayanmadan kim öpüşərsə pul mükafatı ilə mükafatlandırılır. Onuda qeyd edim ki, öpüşən cütlüklər yarışmaya qədər bir-birilərini nə görmüş nədə ki, tanımış olurlar.

3. Öpüşün elmi adı – Filematologiyadır.

4. Əsl ehtiraslı öpüş insan beynində paraşütlə yüksəkliksən tullanan və silahla atəş açan zaman yaranan kimyəvi reaksiya ilə tam eyni olur. Yəni bu 3 proses insanda eyni hiss yaradır.

5. 42 yaşlı ukraynalı ilə 32 yaşlı özbəkistanlı xanım Dubay küçəsində öpüşdükləri üçün hər birinə 1 000 dollar məbləğində cərimə yazılıb. Xarici vətəndaş olduqları üçün İctimai asayışı pozduqlarına görə verilən minimal cərimə ilə cəzalandırıldı. Əks halda hər biri 15 000 dollar ödəməli idilər. Bundan əlavə cütlüyü şəhərin mərkəzində yerləşən barların birində də cərimələyiblər. Belə ki, barın lisenziyası olmadığı üçün orada spirtli içkilər içmək qəti qadağan idi. Buna görədə cütlük daha 300 dollar ödəyiblər. Əslinə qalsa isə xarici vətəndaş hardan bilməlidir ki getdiyi barın lisenziyası var ya yoxdur? Maraqlıdır..

6. Keçən il İtaliyada keçirilən öpüş çempionatının ən yadda qalan cütlüyü fasiləsiz olaraq nə az nə çox 31 saat 18 dəqiqə 33 saniyə öpüşüblər. Öpüşlərinin dayandırılmasına səbəb 37 yaşlı Andrea Sartinin halının xarab olması idi. Halsız vəziyyətə düşən Andreaya götərilən təcili yardımdan bir saat sonra özünə gələ bilib. Nişanlısının vəziyyətinin dəyişməsinə heyfslənən 30 yaşlı Anna Chan toyları üçün çatışmayan 12 700 dolları qazanmaq ümidi ilə yarışmaya qatıldıqlarını söyləmişdir.
Ah bu kişilər yenə də qadınları yarıyolda qoydular

7. Mozambiklilər öpüşmürlər. Onlar öpüşü iyrənc hesab edirlər.

8. 1933-cü ildən bəri İtaliyada sərnişin və sürücü ilə öpüşməyin qadağan olduğu barədə qanun qəbul edilib.

9. Qədim Romalılar salamlaşarkən bir birilərinin gözlərindən öpürdülər. Bir çox millətlərin inanclarına görə isə gözlərdən öpmək ayrılıq gətirir.

10. Dünya əhalisinin 50%-i 14 yaşına çatmamış öpüşmüş olurlar.

11. Öpüş haqqında maraqlı bir teoriyanı Platon ortaya çıxarmışdır. Onun dediyinə görə İnsan əvvəllər yumru şar şəklində idi. Bu şar həm kişi həmdə qadın obrazını özündə birləşdirirdi. Bir gün Zevs insanın lovğalığına əsəbləşərək kişi ilə qadının bir birindən ayırmışdır. Və Platonun sözlərinə görə kişi ilə qadın yalnız öpüş zamanı yenidən həmənki şar formasında birləşə bilirlər.

12. Öpüş antistress effektinə malik olur, əsəbləri sakitləşdirərək əhval ruhiyyəni yüksəldir.

13. Öz vətənində məhşur Fransız öpüşü- Ruhların qovuşması adlanır. Və bu öpüşün iki variantı mövcuddur.

14. İnsanların 66% öpüşərkən gözlərini yumurlar. Bu psixoloji refleksdir. Qalan 34% əhali isə sevgilisinin üzünə baxaraq gözü açıq şəkildə zövq alır.

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 11 800
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri