Sevgiləri böyük, özü kiçik dünyam..

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 6 267
Səs ver:
(səs: 6)
Çiçəkləri sevirəm...
Mənə baharı, ad günümü və mövcudluğumun əslində bir səbəbi olduğunu hiss etdirdiyi üçün..

Yağışı sevirəm...
yağış sonrası torpaq qoxusunu hiss etdiyim üçün...
Yağış yağdığında insanları izləməyi sevirəm... ora-bura qaçışları məni gülümsətdiyi üçün..

Qoxuları sevirəm...
bütün sevdiklərimin özünə xas bir qoxusu olduğu üçün..

Məktub yazmağı və oxumağı sevirəm..

təmiz hissləri ifadə etdiyi üçün...

Dostlarımı sevirəm...
məni olduğum kimi qəbul etdikləri üçün...
səhvlərimdə üz çevirib ,küsdürdükləri üçün...

Düşmənlərimi də sevirəm...

mənə olan diqqətləri sayəsində yanlışım olmadığı üçün...

Yuxularımı sevirəm...
Xəyallarımı gerçək etdiyi üçün...

Gəzməyi sevirəm...
yeni həyatlar, yeni insanlar tanıya bilmə fürsəti yaratdığı üçün...

Kitab rəfimdəki kitabları sevirəm..
məndən əvvəlki kəslərin mənim yaşımda olarkən
kitablarda yazdıqları möhtəşəm qeydləri oxumaq üçün..

Köhnə əşyaları, fotoşəkilləri sevirəm...
içində yaşanmış ecazkar hekayələrin olduğunu düşünüb xəyal qurmaq üçün...

Aşiq olmağı sevirəm..
kimsənin qarşılıqsız bir şeylər vermədiyi bir dünyada kiçik bir gülüş
ya da tək bir sözlə bəzilərindən fərqli olaraq
"ona” təsir edə bildiyim üçün, ayaqlarımın yerdən kəsilə bilməsinə icazə verdiyi üçün...

İnsanları sevirəm...
Məni bu həyatda tək yaşatmadıqları üçün...
 
Uşaqları sevirəm...
Dünyanın yaşana bilər bir yer olduğunu mənə xatırlatdıqları üçün..
günahsız olduqları üçün...

Yazmağı sevirəm...
Həyatımı özündə əks etdirdiyi üçün...

Kiçik qeydlər yazıb saxlamağı da sevirəm...
illər sonra heç ümid etmədiyim bir yerdən çıxıb üzümdə təbəssüm yaratdığı üçün...

Musiqini sevirəm...
Ahəngində usaq kimi uyuya bildiyim üçün...

Ağlamağı və gülməyi sevirəm...
insani reaksiyalarımı itirmədiyimi görə bildiyim üçün..

Yaşamağı sevirəm...

həyatın ipə sapa yatmadığını....
və hər şeyin hər an içində dəyişə biləcəyini bildiyim üçün..

Ailəmi sevirəm....
nə olursa olsun həmişə yanımda olduqları üçün.
İnadlarıma, ərköyünlüklərimə,xətalarıma rəgmən məni bir an belə tək buraxmadıqları üçün...

Özümü sevirəm...
hələ də inad edib öz doğrularımdan və inadlarımdan imtina etmədiyim üçün...

Mən ANAMI sevirəm....
dünyanın ən doğru rəfiqəsi , etibarlı sirdaşı olduğu üçün...
Və sıxıntılarımda üzümü qoynunda gizləyib ürəkdən,için-için ağlaya bildiyim üçün...
Saçımı sığallayan o nəvazişli əlinin təması üçün..

Sevgisi böyük, özü kiçik dünyamı sevirəm...
Bir bucağında SƏN olduğun üçün... 
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 6 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri