Nə tez böyüdüm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 131
Səs ver:
(səs: 4)
Qayğısız, kədər və qəmdən uzaq bir qız var idi. Hər zaman öz şıltaqlığı, ərköyünlüyü, dəcəlliyi, maraqlı düşüncə tərzi və istedadları ilə bağçada bağça, məktəbdə isə sinif yoldaşlarından seçilərdi. Hər zaman gözəl şeylər haqqda düşünərdi. Gözəl xəyallar, arzular qurardı. Heç vaxt yaxınının, ona doğma olanların qəfil gedişlərini, heç vaxt düşünməzdi. Nə bilə bilərdiki, bir gün heç vaxt düşünmədiyi, ağlına belə gətirmək istəmədiyi hadisə başına gələ bilər?! Axı hər zaman gözəl xəyallar qanadında uçan bir qız pis hadisələr haqqda düşünə bilməzdi. Düşünməzdi ki, o hadisə onun tez böyüməsinə, uşaq ikən böyük olmasına səbəb olacaq. Artıq onun düşüncə tərzi, həyata baxışları, həyat təcrübəsi yaşıdlarından fərqli idi. Artıq o, çox şeyi vaxtından tez dərk etmişdi. Dərk etmişdi ki, həyat yalnız xoş günlərlə, xoş surprizlərlə dolu deyilmiş. Hərdən həyat gözlənilməz, qəfil surprizlərlə bizim qarşımıza çıxıb, sevindirə və kədərləndirə bilər. O, artıq çox kövrək, yalnız bu kövrəkliyi biruzə verməyən, çox mərd, qürurlu, həyata daha iri gözlərlə baxan, maraqlı həyata baxış tərzi və düşüncələri olan, seçilən, alnı açıq gənc qız olmuşdu. 
Dərk etdi ki, fani dünyada heç də hər kəs göründüyü kimi olmur! 
Dərk etdi ki, fani həyat hər kəsə verilən bir sınaq, bir məktəbdir! Bu yolda bizi çoxlu gözləmədiyimiz qəfil surprizlər gözləyir... 
Dərk etdi ki, həyat yalnız əyləncə, xoş günlərdən ibarət deyil! 
Dərk etdi ki, bu fani həyatda xoş, sevincli günlərimizdə sevinirik, Allaha Şükürlər edirik. Amma kədərli anlarımızda, bədbəxt hadisə baş verərkən, həyatımızdan, bizə qarşı yaranan haqsızlıqlardan, bəxtimizdən, qismətimizdən gileylənib, belə yaşayışı, dünyanı qınamaq yox, hər şeyə görə Şükür etmək lazımdır! 
Bütün bunları görüb, dərk edib, vaxtından tez böyüdüm... 
Sonunda hər kəsə bu fani dünyada büdrəməməsini arzulayıram. Arzu edirəm ki, heç vaxt qəfil, istəmədiyiniz, gözləmədiyiniz surprizlərlə qarşı-qarşıya gəlməyəsiniz. Əgər qarşılaşsanız da, həyatdan ümidinizi heç vaxt kəsməyin. Düşünün ki, bu fani dünya bir sınaq məktəbidir! Bir gün gələn, gec-tez bir gün getməlidir. Həyat davam edir. Yaşamaq gözəldir. Çalışın hər bir gününüzə Şükür edesiniz. Hər zaman savab işlər görüb, yaxşılıqlar edəsiniz. Bir gün qəfil gedişiniz olanda, deməsinlər rəhmətlik yaxşı insan deyildi. Əksinə, yaxşılıq və savab işlərinizdən, insanlığınızdan, tərbiyə, mədəniyyətinizdən ağız dolusu danışsınlar. 
Və sonda onu qeyd etmək istərdim ki, çalışın hər kəsi vaxtında dəyərləndirin, qiymətləndirin.Vaxtında hörmət qoyun, vaxtında sevin. Bu gün yaşayırıq, sabaha ümid, etibar yoxdur...!
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 4 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri