Bir
qadın; Sevirsə əgər qorxmadan sahib çıxar sevgisinə. Bütün çətinliklərə
dözər, sinə gələr, qarşındakı insan dəyər bilirsə əgər, sevdiyi üçün,
sevdiyini xoşbəxt etmək üçün edə bilməyəcəyi heç bir şey yoxdur. Yetər
ki sevdiyi insan qadının dəyərini bilsin. Bir qadın xoşbəxt olduğunda,
qarşısındakını xoşbəxt etməsini çox yaxşı bilər.
Bir qadın; İstəyirsə əgər alar. Sahib olmaq istəyirsə sahib olar. Bir
qadının nə olursa olsun, əldə etməsi nə qədər çətin olursa olsun başına
taxmışsa əgər sahib ola bilməyəcəyi heç bir şey yoxdur. Məşğul olar,
çalışar, planlar edər, günlərlə planları haqqında baş yorar, çıxan bütün
maneələri keçər və istədiyinə sahib olar.
Bir qadın; Nə qədər çətin bir vəziyyətdə də olsa istəyirsə əgər
içində olduğu çətin vəziyyətdən silkinip çıxmasını, ayağa qalxmasını
bilər. Bilər ki hər şey özündə bitir. Edəcəyi bütün pislikləri özünə,
bütün yaxşılıqları yenə özünə edəcəyini bilər. İçində olduğu çətin
vəziyyətdən özünü qurtarar, ayağa qalxar və təkrar düşməmək üçün, təkrar
eyni çətin günləri yaşamamaq üçün sıx yapışar həyata.
Bir qadın; İstəyirsə əgər cəhənnəmə dönmüş, darmadağın olmuş bir
yuvanı toplar yenidən yuva edə bilər. Yetər ki istəsin, yetər ki bunu
etmənin qarşılında əməklərinin və sevgisinin qarşılığını ala biləcəyini
bilsin. Lakin bədbəxtsə bu yuvada qurtarmaq istəmirsə də bitirər dönüb
arxasına belə baxmaz. Heç kim onu geri çevirməyi bacara bilməz. Arxasını
dönər gedər və özünə yeni bir həyat qurarBir qadın; İstəsə o əgər o
möhtəşəm zəkasının üstünə axmaq bir qız uşağı saxlamağı bacarar. Əgər
istəklərini əldə etmək üçün axmağı oynamaq lazım olduğunu bilirsə. Elə
axmaq təqlidi edər ki qarşındakı insan onu dərhal aldadacağını zənn edər
və əslində heç aldatmadığını fərq etdiyində isə qadının zəkası
qarşısında məğlubluğunu bir dəfə daha qəbul edər.
Bir qadın; İstəmirsə əgər, istəmədiyi müddətcə istəmədiyi heç bir
şeyi ona etdirə bilməzsiniz. Məcbur olaraq etmək məcburiyyətində
qaldıqlarında isə qadın əli dəymiş olmasının o gözəlliyini, o cadusunu
tapa bilməzsiniz. Qadın bir şeyi istəyərək etdiyində, o işə könül
gözüylə baxaraq etdiyində mükəmməl olar.
Bir qadın özünə etdiyi bütün pislikləri də özünə edər, özünə etdiyi
bütün yaxşılıqları da. Hər qadında bütün bunları edəcək güc, potensial
və zəka vardır. Mən istisnasız bunun bütün qadınlarda olduğunu
düşünürəm. Dünya var olduğundan bəri qadın özünə edilən əzici rəftarın
fərqində və dünyada ki gözün görə bildiyi hər şeyin amma hər şeyin
qadının əsəri olduğunun şüurundalar.
Bir qadın; Əslində hər şeydir. Qadınlar indi burada yaza bilmədiyim,
daha milyardlarla işi edə bilərlər. Bir qadının xəyal etməsi, istəməsi
və bir gün xəyallarını reallaşdırması üçün önlərinə çıxan tək maneə yenə
özləridir. Özlərinin vicdanı mühasiblikləridir.