Yubka meteorologiyası Dəlilərinə şükür ay Avropa =)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 362
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1316423283-656.jpg

Ebay” hərrac evinin Britaniya bölməsinin analitikləri belə bir qənaətə gəliblər ki, havadakı dəyişikliklərlə onlayn-resursa daxil olaraq yubka alan qadınların seçimləri arasında bağlılıq var. “The Dailu Mail” qəzetinin yazdığına görə, qadınların yubkalarının uzunluğu hava şəraitinə görə dəyişir.

Belə ki, “Ebay”ın satdığı yubkaların uzunluğunu əsas tutaraq yaxın 3 gün üçün hava proqnozunu tam dəqiqliklə müəyyənləşdirmək mümkündür. Araşdırmalar göstərib ki, havaların istiləşməsi ərəfəsində gödək qadın yubkalarının satışı artır. Mülayimləşməyə doğru getdikcə isə qadınlar bir az ətəyi uzun yubkalara üstünlük verirlər.

Belə ki, Britaniyada istilərin düşməsinə 1 həftə qalmış “Ebay” vasitəsilə satılan gödək yubkaların satışında 200 faiz artım qeydə alınıb. “Biz bunu “yubka meteorologiyası” adlandırırıq. Əgər siz yaxın 3 gündə havanın necə olacağını bilmək istəyirsinizsə, küçədə qızların hansı yubkalarda gəzdiklərinə nəzər salın”, – deyə şirkətin nümayəndəsi bildirir. Məncə bundan sonra kişiləri qadınların ayaqlarına baxdığı üçün qınamağa heç kəsin ixtiyarı yoxdur. Havaların necə olacağına baxırlar da.

Sonra deyirlər Avropa belə gəldi, Avropa belə getdi..Bu da sizə Avropa..Dəlilərinə şükür ay Avropa =)
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 4 362
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri