Sən demə insan xarakterini onun dünyaya gəldiyi saata görə də müəyyən etmək olar.
Gəlin, yoxlayaq, bu, nə dərəcədə doğrudu :)
24.00'dan - 02.00'a qədər dünyaya gələnlər - hər şeylə maraqlanan, hər şeyi bilmək istəyən insanlar olurlar.
02.00'dan - 04.00'a qədər dünyaya gələnlər - təbiətdən gəlmə qalib və öz xeyrini bilən, davamlı, çalışqan insanlar olurlar.
04.00'dan - 06.00'a qədər dünyaya gələnlər - "pionerliyə" meylli şəxsiyyətlər olurlar, onlar həmişə cəsarətlə, qətiyyətlə irəli addımlayır, həmişə ön sıralarda olurlar.
06.00'dan - 08.00'a qədər dünyaya gələnlər - mistik və incə ruhlu xəyalpərəts insanlar olurlar
08.00'dan - 10.00'a qədər dünyaya gələnlər - humanist və cəzb edici, heyran edici insanlar olurlar
10.00'dan - 12.00'a qədər dünyaya gələnlər - şöhrətpərəst və vəzifəpərəst insanlar olurlar
12.00'dan - 14.00'a qədər dünyaya gələnlər - riskli avantüra sevən və macəra axtaranlar olurlar
14.00'dan - 16.00'a qədər dünyaya gələnlər - çətinlik və qarışıqlığı sevən insanlar olurlar
16.00'dan - 18.00'a qədər dünyaya gələnlər - sülh yaradan və xoşxasiyyət, ürəyiyumşaq adamlar olurlar
18.00'dan - 20.00'a qədər dünyaya gələnlər - güclü ruha malik insalar olurlar
20.00'dan - 22.00'a qədər dünyaya gələnlər - "ulduz" şəxsiyyətli olurlar, onlara həyatda qəti olaraq sadə rollar yaraşmır.
22.00'dan - 24.00'a qədər dünyaya gələnlər - həmahənd daxili dünyaya sahib filosoflar olurlar. Lakin bəzən səliqəsiz xarici görkəmli.