“YÜKSƏK HƏYAT” New Face 2013 moda layihəsi baş tutdu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 450
Səs ver:
(səs: 0)

Oktyabr ayının ilk həftəsində Ölkəmizin ən məşhur modelləri şəhərdən kənarda villada proyekt üçün bir araya toplandı. Son zamanlar Azərbaycanda bir çox Serialların, Reklam çəklişlərinin və Bədii filimlərin sürətli çəkilişlərinin başlanması ilə əlaqədar olaraq yeni simalara, yəni yeni modellərə tələbat artıb. Bununla əlaqədar olaraq "High Life” Fashion & Model Academy-nin təşəbbüsü ilə təşkil olunan "YÜKSƏK HƏYAT” New Face 2013 layihəsi baş tutdu.


"High Life” Fashion & Model Academy- nin Baş direktoru təşkilatçı Aqil Məmiyevin açıqlamasına görə,Tədbir şəhərdən bir qədər kənarda villaların birində baş tutdu .Təkilatçının sözlərinə görə tədbirdə "High Life Fashion Model Academy şirkətinin Prezidenti, Fransada təhsil almış Azərbaycanlı tanınmiş modelyer Mübariz Allahverdizadə, Tanınan vizajist Nara Məmmədova, "Azəri Topmodel "müsabiqəsinin qalibi Ləman Əlizadə, "Miss Azerbaijan" model müsabiqəsinin iştirakçısı Oksana Rzayeva, "Miss Civilization" model müsabiqəsinin istirakçılari Sofiya ŞeyxAnastasiya Bern, Araz Xudaverdiyev,Süleyman Tənahirli,Eldar Qulamov və s iştirak edib.


Aqil Məmiyevin Qadınlar.Biz saytına açıqlamasında bildirmişdi ki, Layihəni təşkil etməkdə məqsədimiz Kino, Serial, Klip və Reklam çəkilişləri üçün güclü aktyor və model bazası yaratmaq və yeni simaları ictimaiyyətə tanıtmaqdır.Azərbaycanın ən tanınan Modelləri ilə yanaşı Model olmaq istəyən gənclər və şirkətimizdə təhsil alan tələbələrdə istirak edirdi.

Layihənin seçilmiş şəkilləri Azərbaycanın ilk Fashion (moda) dərgisi olan "MODA PLUS" jurnalında və dünyaca məşhur "COSMOPOLİTAN"-da da yerləşdiriləcək.


 

 

 

 

 

 

 

 

 

 

 

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri