10 milyon dollarlıq dərs

Müəllif: Babək Bayramov
Şərhlər:
Baxılıb: 2794
Paylaş:
Səs ver:
(səs: 0)
"IBM”in qurucusu Tom Vatsonun köməkçilərindən biri, şirkətə 10 milyon dollara başa gələn böyük bir səhv edir. Onu dərhal müdirin kabinetinə çağırılar. Hər kəs onun işdən qovulacağından son dərəcə əmindir və adamın özü belə, otağa girər-girməz başına nə gələcəyindən əmin bir şəkildə, "Bilirəm ki, istehfamı istəyirsiniz"- deyir. Ancaq Vatson, edilən səhvlərdən alınan dərslərin ən yaxşı bilik olduğunu izah edən və hər kəsi şoka salan bu cavabı verir : "Zarafat edirsən? Sənin 1 dərsin üçün 10 milyon dollar xərclədik və təhsilinə bu qədər pul xərclədiyimiz birinin işdən ayrılmasına əsla icazə verə bilmərəm..." 

10 milyon dollarlıq dərs

 

Bu həqiqətən vaş vermiş bir əhvalatdır və həyatda başımıza gələn xoşagəlməz hallara qarşı, necə münasibət bəsləmək lazım olduğunu başa salan ibrətamiz bir hekayədir. Aldığımız zərbə nə qədər ağır olsa da, dəymiş zərər nə qədər böyük olsa da, əvəzinə o qədər böyük dərs almış oluruq. Belə olan halda, o dərsin haqqını vermək, daha da böyük qüvvə ilə ayağa qalxmaq, daha sərt bir zərbəylə həyata cavab vermək lazımdır. Əgər, belə acı təcrübələr nəticəsində lazım olan dərsi ala bilsək, istənilən işin öhdəsindən bacarıqla gəlmək üçün bizə heç bir şey maneə ola bilməz. 

Amma lazım olan dərsi ala bilməsək, deməli pis tələbəyik və "dərs prosesi” getdikcə uzanar, "təhsil xərcləri” artar, həyat döxülməz olar. Eyzenhauer demişkən: "Zəfərlər ucuz qiymətlərə alına bilməz”. 
Dəyərini əvvəlcədən ödədiyiniz dərslərinizi yaxşı mənimsəyin!

Babək Bayramov
NLP Master
Fərdi İnkişaf Ustadı
Biznes Trener

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2794
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook