Saqqız haqqında tarixi faktlar

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 2869
Paylaş:
Səs ver:
(səs: 2)
İnsanlar saqqızın kəşfinə qədər yeməkdən sonra ağız boşluğunu təmizləmək və nəfəsi təravətləndirmək üçün nələr çeynəməyiblər. Saqqız ağacının qətranı, arı mumu, kauçuk, betel istiotu (qara bibər kolu, afrodizyak- cinsi aktivliyi, istəyi artıran maddə hesab olunur, indi də istifadə olunur). Üç əsr boyunca Avropa və ABŞ-da tənbəki çeynəyiblər, bunu nə iləsə əvəz etmək mümkünsüz idi.
İlk saqqızlar isə 1848-ci ildə ABŞ-ın Men ştatında, Banqordakı fabrikdə hazırlanıb. Gələcək bublqamun ilk üç markası romantik adlar daşıyırdı: "Ağ dağ", "Şəkərli qaymaq" və "Biyan Lulu".
Saqqızın qadınlar arasında populyar olmasını nəzərdə tutan Conatan Primli adlı sahibkar 1880-ci illərdə "Kiss me!" (!Öp məni!") adlı marka yaradır. Qlamur sarışınların əvəzedilməz atributu belə yaranır.
1911-ci ildə, aviasiyanın ilkin vaxtlarında saqqız Birləşmiş Krallığın hərbi hava qüvvələrinin cəsur əsgərlərinin həyatını xilas edir. Qorxmaz britaniyalılar saqqızla mühərrikin soyuducu sistemindəki dəlikləri qapayır və beləliklə uğurlu eniş edirlər.
Saqqız istehsal edən "Wrigley" adlı məşhur kompaniya 1915-ci ildən başlayaraq aqressiv reklam kampaniyası həyata keçirərək New-Yorka gələn immiqrantların hər birinə bir lövhə saqqız paylayır. Bundan sonra saqqız amerikan həyat tərzinin simvoluna çevrilir.
Köpürdülərək qabaran müasir saqqızlar 1928-ci ildə istehsal olunmağa başlayıb. Bu saqqız formulunun müəllifi Uolter Dimer adlı mühasib idi.
Saqqız SSRİ-də ilk dəfə 1957-ci ildə, gənclərin və tələbələrin VI ümumdünya festivalı zamanı qeyri-leqal şəkildə yayılmağa başlayır. "Sülh, dostluq, saqqız!" adlı yarı ironik sloqan da o dövrlərdə yayılmağa başlayır. 1970-ci illərdə SSRİ-yə saqqız daha çox Moskva və port şəhərlərindən yayılmağa başlayır.
Fantiklər (rəngli konfet kağızı ), xüsusilə saqqızın içindəki kağızlar kolleksionerlərin marağını cəlb etməyə başlayır, daha çox uşaqlar onu toplamağa, onunla cürbəcür oyunlar oynamağa başlayırlar. SSRİ-yə gələn əcnəbilər uşaqlara paylamaq üçün özləri ilə çoxlu bublqam gətirirlər.
Əcnəbilərin bu səxavəti faciə ilə nəticələnir. 1975-ci ilin mart ayında "Sokolniki" idman sarayında SSRİ və Kanadanın yeniyetmələrdən ibarət xokkey komandalarının görüşü zamanı əcnəbilər saqqız payladıqları zaman basırıq yaranır və nəticədə 21 nəfər həlak olur.
Ph balansının normallaşması, kariesdən müdafiə, dişlərin sağlamlığı kimi reklam vədlərinin reallıqla heç bir əlaqəsi yoxdur. Ancaq dəniz xəstəliyi-gəmi tutması, təyyarədə səyahət və mədədə qıcqırma zamanı qısamüddətli köməyi dəyir.
Qumfitti (gumfitti)- saqqızın, xüsusən şəhərlərdə ətrafa mühitə vurduğu zərər belə adlanır. Təəssüf ki, istifadə olunmuş saqqızın zərərsiz utilizasiya yolu hələ kəşf olunmayıb.

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 2869
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook