Qadınlar kişilərdə nələrə nifrət edir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 573
Səs ver:
(səs: 0)
Uzun bığlar, əzələli bədən quruluşu, jeleli saçlar… Qadınlar bu cür "gözəlliyi” başa düşə bilmir

Natəmiz dırnaqlar - Qadının kişilərdə ilk baxdığı yerlərdən biri onun əllərdir. Kişinin təmiz əlləri, qadına, onun ümumiyətlə hər cəhətdən səliqəli olduğunu düşündürür. Heç bir qadın əyri-üyrü, altı qara çirk zolağı ilə dolmuş dırnaqları olan əlləri tutmaq istəməz.

Çirkli burun - Nəfəs aldıqda tozun buruna daxil olmasına əngəl olan burun tükləri təəssüflər olsun ki, burun dəliklərindən çıxanda qadınları hürküdür. Çünki nəfəs alıb-verərkən o tüklər tərpənir və xoşagəlməz görüntü yaranır.

Böyük bığlar - Üzünüzün quruluşuna görə saxladığınız bığ və saqqal təbii ki, sizə xüsusi yaraşıq verir. Lakin bu yaraşıqların uzunluğuna diqqət etməlisiniz. Bir qadın, yediyiniz yeməyin bığlarınızdan sallandığını görsə, o ankı halınızı təsəvvür edirsinizmi?

Qulaq tükləri - Qulaqlarınızdan canavar kimi çıxan tükləri yolarkən ağrısını bəhanə etməyin. Qadınların xoşagəlməz tüklərdən xilas olmaq üçün nələrdən keçdiyini nəzərə alın və cəsarətli olun.

Tüklü bədən - Çiyinlərinizdən sallanan və belinizdəki tüklərdən azad olmağın yolunu özünüz tapın. Sözsüz ki, bu cür təbii "kürklərə” qadınlar nifrət edirlər. Çünki hər bir qadın bir tük yumağına sarılmaq əvəzinə otağını bəzəyən yumşaq oyuncaq ayıya sarılmağı üstün tutar.

Sarı dişlər - Gözəl görünmək üçün mağazalarda istənilən məhsulu tapmaq olar. Mağazaların müxtəlif diş məcunları ilə dolu olduğu bir zamanda hələ də sarı dişlərinizlə qadın üzünə gülümsəyirsinizsə, sizə deməyə söz tapa bilmirik… Unutmayın ki, sizin qadın gülümsəməsinə diqqət yetirdiyiniz qədər onlar da sizin təbəssümünüzə fikir verirlər.

Pis qoxu - Bu problemi həll etmək üçün saysız-hesabsız vasitələr olsa da, ağız qoxusunun səbəbi mədədəki nasazlıq və ya bir çürük dişiniz də ola bilər. Əgər bu problem sizdə daha ciddidirsə, həkimə müraciət edin. Nə yediyinizə də diqqət edin. Sevgilinizlə görüşə getməzdən əvvəl soğan, sarımsaq kimi iyi cəhətdən üzünüzü qara edən şeylər yemisinizsə, görüşü təxirə salmağı məsləhət görərdik. Nanəli saqqız və bir ədəd mixək çeynəməklə işin öhdəsindən gəlmək olar.

Dar və düşük bel şalvarlar - Kişilərdən qadınların dar və ya düşük bel şalvarlar geyinməsinə necə baxdığı barədə sorğu aparsaq, sözsüz ki, çoxlarının rəyi mənfi olacaq. Qadınlar da kişilərin düşük bel şalvarlar, xüsusən də dar şalvarlar geyinməsini yaxşı qarşılamır. Dar şalvarlar kişi sonsuzluğa gətirib çıxara bilər.

İri aksessuarlar - Çox varlı ola bilərsiniz, hətta qızılı rəngi də çox sevə bilərsniz lakin bu mövzuda qadınlar başqa cür düşünür. "Kişilərə bəzək, xüsusən də qızıl bəzək əşyaları yaraşmır.” Məsələ burasındadır ki, qadınlar iri aksessuarlar taxan kişiləri ciddi qəbul etmirlər.

Tv pultu - Televizor pultunu əlində oyuncaq edən kişilər qadının gözündən tez düşür. Bir qadının kişilərdə ən sevmədiyi, şey bəlkə də, əlində televizor pultu tutub, sıra ilə idman kanallarını izləməsidir. Çünki sizin izlədiyiniz futbol matçına görə serialın bu axşamkı bölümünə baxa bilməyən qadın, bunu sizə bağışlamaz!

Təsbeh - Hələ də təsbehmi çevirirsiniz? Əgər əlinizi oynatmadan dayana bilmirsinizsə, təsbeh əvəzinə istədiyiniz başqa bir şeyi istifadə edin. Çünki qadınlar təsbeh çevirən kişilərə yaxşı gözlə baxmırlar. Hətta demək olar ki, heç baxmırlar.

Tünd iyli odekolon -
Ətiriniz bitsə, belə onun yerinə ucuz odekalon istifadə etməyin. Sizdən ucuz odekalon iyisi gəldiyini üzünüzə deməsə də, xoşlamadığı parfum qoxusuna dözmək istəməzlər.

İri əzələlər və dar köynəklər - Özünüzü yorub bədən əzələlərinizi şişirtməyin. Qadınlar idman edən və sağlamlığını qoruyan kişiləri bəyənsə də,əzələlərini nümayiş etdirən kişiləri sevmir. Xüsusən də əyninizə olmayan dar köymək geyinmisinizsə, bu onlar üçün dözülməz haldır…

Yekəqarın - Həddindən çox şişirilmiş əzələləri bəyənmədiyi kimi, qadınlar yekə qarını da sevmirlər.

Tər qoxusu - Qadınlar təmiz kişiləri sevir. Səliqəli olsanız da, tər qoxusu işləri korlaya bilər. Ətir olmasa da, vücudu qoxumayan kişilərə qadınlar hörmət edirlər.

Ağ şalvar və nazik burun ayaqqabı - Ağ şalvar geyinib görüşə getməyin. Ümumiyyətlə sevdiyiniz qadının xoşuna gəlmək istəyirsinizsə, ağ rəngli palratlara pul xərcləməyin. Xüsusilə yayda geyinilən ağ kətan şalvarları. Onlar 80-ci illərdə qalıb. Aranızda hündürdabanlı və itiburunlu ayaqqabı geyinənlər varsa, indidən o ayaqqabıları gizlətsin. Qadınlar ucaboy kişini sevir, amma hündür görünmək üçün dikdaban üstündə gəzən kişiləri bəyənmirlər.

Jeleli tellər -
Başına bir qutu jele yaxan, saçları günəş altında su kimi parıldayan kişilərdən qadınlar hürkür. Bunu qulağınıza sırğa edin. Saçınız təmiz və özünüzə yaraşan formada olması bəsdir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 573
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri