Ədviyyatlar və ətirli otlar haqqında...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 5 812
Səs ver:
(səs: 1)
 Ədviyyatlardan "daha səmərəli” istifadə etmək üçün mümkün qədər toz şəklində yox, toxum şəklində alın. Əgər ədviyyatı 6 ay və daha çox saxlayacaqsınızsa, aldıqdan sonra plastik torbaya qoyun və soyuducuda saxlayın.

Təzə nanə, şüyüd və reyhan kimi otlardan uzun müddət istifadə etmək üçün xırda-xırda doğrayın və paylara ayıraraq, dərin dondurucuda dondurun (alüminium folqaya bükərək).

Reyhandan kəklikotu əvəzinə də istifadə etmək mümkündür.

Nanə, şüyüd və reyhan kimi otları doğramazdan əvvəl taxtanı islatmağı unutmayın. Çünki quru taxta onların suyunu çəkə bilər.

Zirəni yüngülcə qovurduqdan və üyütdükdən sonra yeməklərdə və salatlarda istifadə edə bilərsiniz.

Üyüdülmüş zirəni qəhvə kimi bişirə və içə də bilərsiniz. Zirənin təzə yarpaqlarından salatlarda da istifadə etmək olar.

Çörəkotunu çörəyin üzərinə biçməzdən əvvəl səpin.

Çörəkotunu ədviyyat kimi kekslərdə və peçenyalarada da istifadə edə bilərsiniz.

Şüyüddən salatlarda, yeməklərdə, souslarda və s. istifadə etmək olar. Şüyüd yeməklərə dad verməklə yanaşı ətir də verir.

Şüyüdün özündən istifadə etdiyimiz kimi, toxumundan da istifadə edə edə bilərik (üyüddükdən sonra).

Təzə şüyüdü başı aşağı olmaq şərti ilə içi su ilə dolu şüşə qaba qoyaraq, uzun müddət saxlaya bilərsiniz. Başqa bir üsul isə təzə şüyüdü təmiz dəsmala bükmək və plastik torbaya qoyaraq soyuducuda saxlamaqdır.

Mənbə:Ailəm jurnalı

(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri