Tənhalıq

Müəllif: Wiyinka
Şərhlər: 4
Baxılıb: 9 606
Səs ver:
(səs: 1)
Eyy, tənha bir bura bax… Hə, hə… Səninləyəm. Qulaq as, gör nə deyirəm. 

Bəsdir daha maskalandın, nəyisə qəbul etməyinin vaxtı gəlib artıq. Üzülmə, həyatda hər kəsə bir rol verilir, hər obraz kimsə tərəfindən mütləq oynanmalıdır. Rolundan nə qədər yayınmağa çalışsan da xeyri yoxdur.Soruşursan bunu haradan bilirəm? bunu mən necə bilməyim ki, mən artıq tənhalıq rolunun mahir və uzunmüddətli ifaçısıyam. Narahat olma, çox sıxılsan da ömrünün axırınadək bu rolda olacaqsan və vərdiş edəcəksən.Boş vaxtlarda həyətə düşəcəksənki, biriylə söhbət edəsən, amma görəcəksən ki, hamı öz işindədir və boş-boşuna tək gəzib evə qayıdacaqsan, özünə təsəlli verməyə çalışacaqsan ki, guya düz vaxtda düşməmisən həyətə… Ən rahat dost tapma vasitəsi olan internet dünyasına müəyyən aradan sonra kiminsə səni axtardığına ümid edib girəcəksən və yenə tək qalacaqsan, yenə bezməyib müxtəlif təsəllilər uyduracaqsan. Telefonuna sən zəng etməmiş heç kim zəng edib maraqlanmayacaq.Bunları dediyimə görə incimə məndən, səni ola biləcək xəyal uçurumundan saxlamağa çalışıram. Bunları mən də yaşamışam, eynilə sən də mənim kimi qəbul edəcəksən və buna adi baxacaqsan. Bu dediklərimi bizim kimi tənha birinə danışarsan. Bəlkə sən onun xilaskarı olacaqsan… Yox əgər rolun dəyişməsə, yenə kiməsə danışa bilərsən, içini açıb ağlaya bilərsən.Bəlkə səni çox istəyən olacaq, amma onlara mənim kimi bağlanma, çünki ilk səhvində səni atacaqlar və yenə təkliyə alışmaq məcburiyyətində qalacaqsan. İkinci dəfə bunlara dözməyə bilərsən !
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 9 606
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri