Həyatı tərsinə yaşasaydıq

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 2 708
Səs ver:
(səs: 1)
 
Bir anlığa həyatımızı tərsinə yaşadığımızı düşünək. Yəni taxta bir tabutun içərisindəsiniz. Hamı qarşınızda sıraya durub göz yaşları içərisində dua edir. Bu vaxt tabutdan qalxırsınız. Müdrik, ağıllı, təmkinli. Sizə qarşı sonsuz bir ehtiram var. Oğullarınız, qızlarınız, nəvələriniz və hətta nəticələriniz hamısı ətrafınızdadır. Maşınınıza oturub evinizə gedirsiniz...
Evinizə gəlirsiniz. Hazır ev, hazır maaş. Rahatlıq içərisində yaşayırsınız. Səhhətiniz də yavaş-yavaş düzəlir. Artıq özünüzü daha gümrah hiss etməyə başlayırsınız. Və bir gün müdir və ya təcrübəli bir işçi kimi işə başlayırsınız. Hamı qarşınızda dik durur.
Get-gedə "formaya düşürsünüz". Gözəl günlər başlayır. Və bir gün müdir sizə universitetə getməyi təklif edir. Artıq ata-ananız da yanınızdadır. Atanız "Çox işlədin, evə qayıt, oxumağa başla,"-deyir.
Sonra məktəb illəri gəlir. Artıq sizi məktəbə ananız və ya atanız aparıb gətirməyə başlayır. Maşın sürməyə də ehtiyacınız yoxdur.
Bir gün isə sizi məktəbdən çıxarırlar: "Artıq evdə otur, oyuncaqlarınla oyna,"-deyirlər. Yeməyiniz hazır, içməyiniz hazır. Və bir gün ananız sizə süd verməyi qərara alır. Artıq hara getsəniz, yeməyiniz yanınızdadır.
Bir gün də qaranlıq və isti bir mühitə düşürsünüz. Qidalanmaq üçün ağzınızı açmağa belə ehtiyac yoxdur. Səs-küydən uzaqsınız. Kiçilir, kiçilir bir hüceyrəyə çevrilirsiniz. Və bir gün həyatınız sona çatır...
Əslində bu yazıdan çox nəticə çıxarmaq olar. Deməli, ölümü öldürmək olmaz. Həyata istər əvvəldən, istər axırdan başlayaq, əvvəl-axır "ora" gedəcəyik.
Həyat istər ölümə doğru getsin, istər doğuma, yenə Ona (c.c) yaxınlaşırıq, yolumuz Onadır.
Və imtahan. Əsas məsələ həyata haradan başlamaq deyil, həyat imtahanından necə çıxmaqdır...
 
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri