Yarımtonluq qadın 272 kiloqram arıqladı

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 9 541
Səs ver:
(səs: 9)
 
Dünyanın ən ağırçəkili və kök qadını Mayra Rosales 5 ilə 272 kq çəki itirib. 


Dünyada ən ağır qadın olan və "yarımtonluq qatil" adını almış Mayra Rosales beş il ərzində inanılmaz dərəcədə çəki itirib. Qadinlar.Biz`in 2008-ci ildə qardaşı oğlunu 454 kiloqramlıq bədəni ilə altında əzən "qatil"in əzdiyi 2 yaşlı Yeliseo adlı körpə sonra dünyasını dəyişmişdi. Məhkəməyə verilən Rosales isə ittihamlara qarşı günahsız bilinərək təqsirsiz tanınmışdı.

Faciədən sonra 32 yaşlı Mayra ciddi surətdə çəki itirəcək "marafona" başlayır. 544 kq-lıq bədəni ilə ölüm təhlükəsi ilə üzləşən planetin ən kök qadınını yük maşını ilə bayıra çıxarırdılar. Həkimlər ona çəki itirməsə öləcəyini bildirmişdilər. "Yarımtonluq qatil"in şəxsi həyatını xilas etmək üçün başlatdığı "marafon" zamanla nəticəsiz qalmır. Belə ki, fizioterapiya əməliyyatı keçirən Mariya qida rasionuna ciddi dəyişikliklər edərək 181 kq arıqlaya bilir. Ümumilikdə isə o 5 ilə 272 kq çəki itirir. 

Qadının özünün sözlərinə görə, o hələ əzib öldürdüyü qardaşı oğlu üçün özünü günahkar bilir.
 

(səs: 9)
Şərhlər: 9
Baxılıb: 9 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri