Çiyin ağrıları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 680
Səs ver:
(səs: 1)

Qış aylarında artan çiyin ağrıları hər beş adamdan birində görülür. Yaxşı daha ciddi sağlamlıq problemlərinə gətirib çıxmamağı üçün çiyin ağrılarına qarşı nə etmək lazımdır?


Mütəxəssislər, bel, boyun və diz ağrılarından sonra bədəndə ən çox rast gəlinən və orta yaşlı hər beş adamdan birində görünən çiyin ağrılarından xilas olmağın ilk şərtinin, çiyini hərəkət etdirmək olduğunu söyləyir.

Çiyin ağrısı problemi yaşayanlarda əməliyyatsız müalicə variantları tükənəndə çiyin üçün cərrahı cəhdlər gündəmə gəlir. Prof. Dr. Əhməd Kralın verdiyi məlumata görə, əməliyyatlarda çevirici örtük tirlərindəki əhəng çökmələrinin təmizlənməsi və ya cırıqların təmir edilməsi, bu tirlərə təzyiq edən sümük çıxıntılarının kəsilərək sıxışmağın ortadan qaldırılması, iltihablı kisəciklərin təmizlənməsi və hətta nadir olaraq da olsa çiyin oynağının yerinə süni oynaq keçirilməsinə qədər müxtəlif cərrahı cəhdlər ola bilər. Bunun hansının ediləcəyinə isə xəstənin vəziyyəti, yaşı, xəstəliyin mərhələsi kimi faktorlara baxılaraq qərar verilir. Bu cərrahı cəhdlərin bir qisimi bağlı üsullarla (artroskopiya), bir qismi isə açıq üsullarla reallaşdırılır.

Çiyinlər ağrısının səbəbləri


Çiyin ağrısına gətirib çıxaran çox sayda səbəb olduğunu söyləyən Kral, bu məlumatları verir: "Ağrıların bir qismi çiyin oynağına aid bir problemdən qaynaqlanar. Bir qismi isə başqa bir bölgədən əks olunar və ya başqa bir xəstəliyin xəbərçisidir. Çiyin ağrıları içərisində 60% ən çox rast gəlinən səbəb, çevirici örtüklə əlaqədar xəstəliklərdir.

Çiyinin öz problemlərindən ya da digər səbəblərlə ibarət olan ağrılar nəticəsində xəstə çiynini uzun müddət hərəkətsiz buraxsa, çiyin hərəkətlərinin az qala tamamilə məhdudlaşdırıldığı və "donmuş çiyin" kimi xarakterizə edilən ağır bir nəticə ortaya çıxa bilər. Xəstəliyin mərhələlərinə görə əməliyyatsız və əməliyyatlı həllər var."

Bunları etmək olmaz!

Çiyin ağrıları yaşın irəliləməsi və səhv hərəkətlərlə gündəlik həyatı alt-üst edəcək qədər şiddətlənə bilər.

Prof. Dr. Kral, çiyin ağrılarından qorunmaq üçün, etməməyiniz lazım olanları belə sıralayır:

- Ağır paket və yüklər daşıyaraq çiyninizi məcbur etməyin.
- Maşında şüşəni açmayın.
- Uzun müddət qollarınızı yuxarıda tutmağıza gətirib çıxaran paltar asmaq, pərdə asmaq, yüksək rəflərdən nə isə götürməkkimi hərəkətlərdən mümkün olduqca qaçın.
- Uşaqlarınızın məktəb sıralarında doğru oturmasına diqqət yetirin və ağır məktəb çantaları daşımasına icazə verməyin.

Bunları edin!

- Davamlı çiyin məşqləri edin. Yoga və üzmək, çiyin ağrılarını aradan qaldırmaq üçün faydalı idmanlardır.
- Çiyin ağrısı asanca xronikiləşə biləcəyi üçün tez bir zamanda həkimə müraciət edin.

 

 

(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri