Göz yaşı nədir?

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 6 042
Səs ver:
(səs: 1)
Ruhi bir boşalma təmin edir.

İnsan ağladıqca açılır, özünü bir az daha gümrah hiss edir. Gözlərimizə davamlı gözyaşı ifraz olunur. Bu göz qırpmamız gözlərimizi qoruyur və davamlı nəmli qalmasını təmin edir. Gözümüzdə mükəmməl bir göz yaşı daşıma və boşaltma sistemi vardır.

Təxmini hər 6 saniyədən bir göz qırpılması əməliyyatı təkrarlanır. Bu 60 il yaşayan bir insanın bütün ömrü boyunca 250 milyondan çox göz qırpması mənasına gəlir.

Göz qapaqlarının gözə zərər vermədən açılıb bağlana bilməsi də göz yaşının yaratdığı sürüşkənlik sayəsində reallaşır. Göz yaşının 98,2 %-i sudur. Geri qalan qisimdə duzlar və digər maddələr toplanır.

Bundan başqa soğan doğrayarkən və ya manqal yandırarkən tüstünün gözümüzə təsiri nəticəsində tökdüyümüz yandırıcı göz yaşları və kədər, həddindən artıq sevinc və ya bənzəri gərginliklərimizə reaksiya olaraq tökdüyümüz ruhi göz yaşları vardır.

Ruhi ağlama mövzusunu ilk araşdıran Darvin oldu. Təbii hər şeydə olduğu kimi bunu da təkamül nəzəriyyəsi ilə əlaqələndirdi. Ona görə ruhi reaksiya və ağlama bir davranış şəklinin bütünü idi. Təkamül müddətində mənasız bir funksiyası olan göz yaşı önə çıxdı. Göz yaşının rahatlama fuksiyasını yerinə yetirdiyi anlaşıldı. 
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 6 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri