Yaxşılıq et...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 321
Səs ver:
(səs: 2)
Ən çətin anında səndən -”Bu günədək kiməsə nəsə yaxşılıq etmisən?” soruşanda  gözünün qarşısından bütün həyatın kino lenti tək keçəcək… Bəlkə də o an ,kaş bu gününü-həyatını yenidən geri qaytarıb , kiməsə cüzi bir yaxşılıq etməyi arzulayacaqsan…Hələki gec deyil,əgər kiminsə sənin köməyinə,edəcəyin yaxşılığına ehtiyacı varsa,bunu əsirgəmə.Oxuyaq və nəticə çıxaraq…
 
Qəddar və günahkar insan vəfat edir. Cəhənnəmin qapısında onu mələk qarşılayır. Mələk deyir: ” Cəhənnəmə getmək istəməyəcəksən. Əgər indi həyatın boyu etdiyin cəmi bir yaxşılığı yadına salıb, mənə desən, bu kifayət edər ki, bağışlanıb, Cənnətə düşəsən ". Kişi həyəcanla fikirləşir, bütün qohumlarını, dostlarını, ətrafında olmuş insanları xatırlayır, onlara nə vaxtsa yaxşılıq etdiyi yadına düşmür. Vaxt bitir, o, xilas üçün bir səbəb tapa bilmir. Kişini Cəhənnəmin qapısından içəri atmaq istəyirlər ki, o, qışqırır: ” Dayanın, xatırladım. Bir dəfə meşədəgedirdim, yolumun üstündə tor qurmuş hörümçəyi gördüm, mən ordan ehtiyatla keçdim ki, onun yuvası pozulmasın ". 
Mələk gülümsəyir, bu vaxt göydən bir hörümçək gəlir, öz torundan həmin adama uzadır. Adam ipdən yapışıb Cəhənnəmdən yuxarı, Cənnətə qalxmağa başlayır. Bu vaxt aşağıda olan digər günahkar insanlar da torun aşağısından yapışıb, xilas olmaq üçün imdad istəyirlər. Bir neçəsi tordan tutub qalxır. Kişi qorxur: ” Birdən adamlar ağırlıq edər, ip qırılar ".
Özünü xilas etmək üçün o, ayağı ilə aşağıdan yapışan insanları yerə itələməyə başlayır. Bu vaxt  həqiqətən də ip qırılır və kişi Cəhənnəmə yuvarlanır. Son anda onun qulağına Mələyin səsi gəlir: ” Təəssüf. Sənin qorxun və narahatlığın qəzəbə və paxıllığa çevrildi, sən yenə də pis əməlindən qalmadın. Son anda heç olmasa bir-iki insana yaxşılıq etmək şansını da əldən qaçırdın. Bu hərəkətinlə bütün ömrün boyu etdiyin o bircə yaxşılığı da itirdin "
 
 
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 5 321
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri