İnsanlar seksdən niyə soyuyub?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 041
Səs ver:
(səs: 1)
İngiltərədə aparılan bir araşdırmada məlum olub ki, insanlar hər ötən il seksə daha az vaxt ayırırlar. Araşdırmada 15 min adam iştirak edib. Bu araşdırmanın nəticələri 10 il əvvəlki araşdırmanın nəticələri ilə müqayisə edilib. Məlum olub ki, 10 əvvəl 16-44 yaş arasında insanlar sekslə ayda təqribən 15 dəfə məşğul olublar. İndiki araşdırmanın nəticələrinə görə isə insanlar sekslə bir ayda 6-7 dəfə məşğul olurlar.
 
Modern həyat libidonu azaldır
 
Araşdırmanı aparanlar bildirib ki, modern həyat libidonu azaldır. London Kollecinin professoru Cath Mercer bildirib ki, insanlar işlərindən dolayı, seksə daha az vaxt ayırırlar. "Bunun səbəbi müasir texnologiyadır. İnsanlar mobil telefonları, İPad-ları və başqa cihazları yataq otaqlarına soxur. Gecəni əllərində telefonla sosial şəbəkələrdə dostlarına cavab verməklə keçirirlər.
 
Ola bilsin ki, 16-44 yaş arasındakı insanlar seks yerinə pornoqrafiya izləməyə üstünlük verir”.
 
Araşdırmanın digər nəticələri isə belədir:
 
* İngiltərədə hər 6 qadından biri istəmədən hamilə qalır.
 
* Cinsəl istəksizlik ən çox rast gəlinən problemlərdən biridir. Bu problemdən təkcə qadınlar deyil, kişilər də əziyyət çəkir.
 
* Əvvəllər mavi və lezbiyanlara qarşı münasibət çox sərt idi. 2000-ci ildən bu tərəfə isə cəmiyyətin onlara qarşı münasibəti dəyişib. Yəni, artıq normal hal hesab edilir.
 
* Anketdə daha xoşagəlməz nəticə əldə edilib. Belə ki, müasir dövrdə cütlüklər bir-birinə daha çox xəyanət edir.

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 041
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri