Admin ve Redaktorlar nece eseblesdirilir=))

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 220
Səs ver:
(səs: 0)

 

http://imgs.su/tmp/1317383258-656.jpg


Admin və redaktorları əsəbləşdirən sualları çoxu, cavab verilməsinə baxmayaraq dəfələrlə təkrarlanan tipik suallardır, budur onlardan bir neçəsi:


1. Mənim xəbərim nə vaxt aktiv olacaq?

Bu suala ən çox adminlər əsəbləşir, çünki adminlər userlərin xəbərini aktiv etmir, bunun üçün redaktorlar var. Redaktorlar da bu suala əsəbləşir, çünki userlərdən səbrli olmağı gözləyirlər, həm də hər userin xəbərinin nə vaxt aktiv olacağını yadda saxlaya bilməzlər


2. Mən nə vaxt status alacam?

Bu sual adətən adminlərə verilir və bu sualı eşidəndə artıq əsəbdən bilmirik nə edək. Hər kəs statusu vaxtı gələndə alır. Kiməsə gec və ya tez verilmir, sadəcə səbrli olmağı bacarmaq lazımdır


3. Aktiv user olmaq üçün neçə xəbər və ya şərhim olmalıdır?

Əsəbləşdirən suallardan biri daha. Bilməlisiniz ki status almaq üçün konkret şərh və xəbər sayı yoxdur, biz bunların ikisininin cəmindən alınan ortaq nəticəni və digər keyfiyyətləri də nəzərə alırıq.


4. Mənim xəbərim niyə silindi?

İndi buna əsəbləşməyəsən nə edəsən axı? Xəbər silinibsə mütləq silinməsi üçün bir səbəb vardır, ya təkrardır, ya qısadır, ya maraqsızdır, ya aznetdəndir və s. Unutmayın ki, heç bir redaktor şəxsi məsələsinə, şəxsi qərəzliyə görə xəbərinizi silməz.


5. Şəkillərə necə loqo vurum?

Bu suala bax bir. Şəkilə loqo vurmağı da gəlib redaktor öyrətsin? Net aləmindəsən, ətrafın genişdir, araşdırsan şəkilə loqo vurmaq qaydasını öyrənə bilərsən, hətta bununla bağlı sayta videodərslik də yerləşdirmişəm tam ətraflı. Yenə də bu sual veriləndə bizim əsəbləşməyimiz təbiidir. Loqo vurmağı bilmirsənsə, bəri başdan heç əziyyət çəkib xəbər göndərmə.


6. Mən niyə şəxsi ismarışları oxuya bilmirəm?

Bu suala yalan olmasın bəlkə 1000 dəfə cavab vermişik. Şəxsi ismarışı oxuya bilmək üçün ən az statusun Vip olmalıdır. Bunu anlamaq bu qədərmi çətindir, yoxsa buna görə biz əsəbləşməyə borcluyuqmu?


7. Mən imza qoymaq üçün gərək VDP olum?

Özü də bilir ki, biz yazmışıq ki, imza qoymaq üçün VDP olmaq lazımdır, amma yenə də bizi əsəbləşdirmək üçün belə suallar verənlər var.


8. Mən avatarımı dəyişdim, amma yenə köhnəni göstərir. Niyə?

Bu sual artıq keçmişdən bəri ən çox verilən suallardandır. Köhnəni ona görə göstərir ki, köhnə avatar sənin brovserinin keşində qalıb, bunun üçün brovserinin keşini təmizləməlisən, Ctrl + F5 düyməsi də bu işi görür.


9. Mən neçə hesabımdakı manatları artırım?

Bu da çox sadə sualdır, yenə də verilir. Pul artırmaq üçün layihələr, oyunlar, sual yarışları keçiririk. Bununla hesabınızı artıra bilərsiniz, həmçinin aylıq top user olmaqla. Yenə də bu sualın təkrar veriləcəyinə əminəm.


10. Mənim xəbərimə tez baxın da. Olar?

Hələ bu sualı sərt olaraq verənlər də var, nəzərə alın ki, heç bir redaktor sifarişlə işləmir, eləcə də adminlər. Bazada xəbər sayı çox olur, hamıya növbə ilə sıra gəlir. Əgər xəbər vacib xəbərdirsə, onu redaktorlar görüb onsuz da dərhal aktiv edəcəkdir


11. Mənim göndərdiyim bir neçə hədiyyə var, onları silə bilərsinizmi?

Vaxtında cavanlıq səhvi edib, kimlərə hədiyyə göndərmisənsə bunu silmək olmaz. Çünki qayda belədir, verilən hədiyyəni heç vaxt geriyə ala bilmərik. Ona görə evlənəndə bir dəfə düşün, hədiyyə göndərəndə 100 dəfə.

Belə suallar kifayət qədər çoxdur...

Biz onsuz da bu suallara görə kimisə ban edə bilmərik, Ama xais edirik az verin bu suallari bize )))



(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri