Yağış haqqında bilmədiklərimiz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 558
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1317393010-656.jpg

1. Portuqaliyada yağış işə gəlməmək üçün üzürlü səbəb hesab edilir. Yəniki yağış yağanda işə getmiyə bilərsiniz.

2. Əslində yağışın heç bir ətri yoxdur. Yağışdan sonra duyduğumuz ətir aktin-sianobakteriyaların iyləridir. Bu iyin adı qeosmindir.

3. Uqandada şimşək tam adi bir təbiət hadisəsidir. Orada il ərzində 250 dəfə güclü leysan və heç yerdə görə bilməyəcəyiniz ildırımlar çaxır.

4. Hava haqqında məlumat məhz yağışın gözlənilib gözlənilmədiyi üçün ilk dəfə verilmişdir. Bir gün teleradio şirkətinin rəhbəri yolda ikən möhkəm yağışa düşmüş və bundan hirslənərək şirkətin əməkdaşlarına sabahdan hava haqqında qabaqcadan məlumat vermək üçün xüsusi proqram hazırlamağı əmr etmişdir.

5. Bostvanada insanlar salamlaşarkən bir birilərinə Pula deyirlər. Mənası isə yağış deməkdir. Yeri gəlmişkən yerli valyutanında adı məhz yağışdır.

6. Kubada yağış yalnız günortalar yağır, Tailandda isə yalnız gecələr.

7. 17-ci əsrdə Böyük Britaniyada yağış haqqında dövlət qanunu mövcud idi. Belə ki, yağış yağması barədə yalnız məlumat verən sinoptiki edam edirlərmiş.

8. Səhrada yağışın altında duran insan islanmır. Çünki səhraya yağan yağış yerə çatmamış qaynar istilik nəticəsində buxarlanır. Ona görədə deyirlər ki, səhraya yağış yağmır. Əslində isə yerə ən çox yağış düşən zona məhz səhralardır.

9. Hidrometrologiya mərkəzinin efirdə bizə deyilən hər bir kəlməsinin özünün xüsusi mənaları olduğunu bilirdinizmi? Məsələn:
«Qısa müddətli yağış» - o deməkdir ki, yağış 3 saatdan çox yağmayacaq.
«Yağış gözlənilir» - yağışın yağacağının və yarım sutka davam edəcəyi mənasını daşıyır.
«Yağıntı gözlənilmir» - yağış yağmayacaq demək deyil. Bu o deməkdir ki, hər kv.m əraziyə 0,3 litr yağış düşəcək.

10. Çerapunci şəhəri Hindistanda yerləşir. Həmin ərazi dünyada ən çox yağıntı düşən yer hesab olunur. İl ərzində 26 460 mm yağış düşür.

11. Adi yağıışın turşuluğu - pH 5,6. Əgər turşuluğu azalarsa həmin yağış turş yağış adlanır. pH 5,5 dərəcəli yağış zamanı bütün bakteriyalar ölür, 4,5 dərəcəli turş yağış zamanı isə həşərat və balıqların kütləvi ölümü baş verir.

12. Oqayo ştanın Uaynsberq şəhərində artıq 100 ildir ki, hər 29 iyul tariixində yağış yağır.

13. Yer kürəsinə il ərzində 519 000 km3 yağış düşür. (Hər km3 - milliard ton su demekdir )

14. Hər bir million insandan biri yağışa qarşı allergiyadan əziyyət çəkir. Onların üzərinə düşən bir damcı yağış onları dözülməz hala gətirib çıxarır. Hətta belə insanlar yağışa düşsələr həmin dəqiqə ölə bilərlər.

15. San-Fransiskoda yağış haqqında məlumatı dəqiq deyil ehtimal edərək söyləyirlər. Yəniki televiziyad göstərilən hava haqqında məlumat zamanı : Sabah bəlkə yağış yağdı deyirlər =)

16. Tarix boyu ən ağır dolu 14.04.1986 tarixində Hopalhanc şəhərinə düşmüşdür. Hər bir dolunun çəkisi 1 kiloqram idi. Dolu nəticəsində 92 nəfər həlak olmuşdur.

17. Dünyanın ən yağıntılı yeri güclü yağışdan sonra uzunmüddətli quraqlıq keçirdiyindən su qıtlığından əziyyət çəkirlər. Hətta dövlət qonşu ölkələrdən su almaq məcburiyyətində qalırlar.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 558
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri