Yalnızlıq

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 584
Səs ver:
(səs: 1)
Utanıram. Onu sevdiyim üçün. İnsan yerinə qoyub, qəlbimi verdiyim üçün...
Vaxtıykən uşaq idim. Dostlarımla evcik-evcik oynayırdım. Sevgini də oyun sanıb oynadım. Amma bu oyunu itirdim...
İndi böyümüşəm. Artıq oyun oynamağı sevmirəm. Hər kəsə, hər şeyə qarşı vecsiz, laqeyid davranıram. Məni heç kim, heç kəs maraqlandırmır. Otağımın qara divarları yetər mənə. Əlimə qələm və kağız alaram. Yorulmadan, dayanmadan yazaram. Ara bir batan günəşimi seyr edərəm. Otağa sükut çökər. Özümün belə pozmağa cəsarət etmədiyim bu sükutu qəlbim pozar. ”Yenə təksən. Qara divarların boşluqları udur səni. Sən tənhalaşırsan, adiləşirsən, yox olursan...” həmişə də ağlım qəlbimi susdurur... "Tək deyil. O hələ kəşf olunmamış adadı, susuz səhradır, günəşsiz səmadı. Bir gün onunda səmasına günəş doğacaq. O da yaşayacaq..."

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 584
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri