İlanlar haqqında faktlar

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 64 876
Səs ver:
(səs: 32)
İlanların növləri
Dünyada 2700 ilan növü mövcuddur. Antarktikadan başqa bütün materiklərdə yaşayırlar. İrlandiyada, İslandiyada və Yeni Zelandiyada ilan yoxdur. Bütün ilanlar başqa heyvanları yeyir.
Afrikada yaşayan qara mamba quruda ən sürətli ilan hesab olunur. O, 19 km/s sürətlə hərəkət edə bilir.
Dəniz ilanları

Dənizdə 47 növ ilan yaşayır. Onların çoxu quruda heç bir hərəkət edə bilmir. Dəniz ilanları balıq, krevet yeyirlər. Hamısı çox zəhərlidir. Engidrin ən qorxulu zəhər daşıyıcısıdır.
Zınqrovlu ilanlar
Zınqrovlu ilanlar səs salıb düşmənlərini xəbərdar edir ki, ondan aralıda dursunlar. Onun quyruğundakı bərk halqalar tərpəndikcə səs çıxarır. Hər dəfə qabığını dəyişdikdə həmin halqalar yenidən əmələ gəlir.
Zəhərli ilanlar
İlan növlərinin ancaq üçdə biri zəhərlidir. İnsana zərər yetirə bilən ilanların sayı daha azdır. Zəhərsiz ilanlar öz ovlarını ya boğur, ya da diri-diri udurlar.
Ən uzun ilan
Cənubi-Şərqi Asiyada yaşayan torlu pitonun uzunluğu 10 metrə çatır. Cənubi Amerikada yaşayan anakonda pitondan ağır, lakin ondan gödəkdir. Pitonlar və anakondalar zəhərsizdir. Onlar öz qurbanlarını ya dişləri ilə öldürür, ya da boğurlar. Piton gizlənərək pusqu qurur, ovu yaxınlaşdıqda çıxıb ona dolanır və boğur.
İlan qabığı
İlanlar böyüdükcə, ya da zəhərləndikdə qabıqlarından çıxırlar. Birinci ilində ilan sürətlə böyüyür, ona görə də bu müddətdə qabığını yeddi və daha çox dəfə dəyişir. Sonrakı dövrdə hər ildə bir dəfə qabığını dəyişir. 
(səs: 32)
Şərhlər: 9
Baxılıb: 64 876
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri