BİZƏ QEYRƏTSİZLİK AŞILAYIRLAR!!! Niye?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 353
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1317622333-656.jpg

Çoxdandır köşə yazısı yazammırdım. Daha doğrusu yazmamaq qərarına gəlmişdim. Çünki köşəni hardan yazırdım, kimin bostanına daş atırdım, zəng edib təzyiq edirdilər. Loru dillə desək, deyirdilər ki, “bir az istiotunu azalt”. Əlbəttə, köşə yazmamaqda səbəb təzyiqlərdən qorxmağım deyildi. Sadəcə biraz yıpranmışdım. Sevdiyim, hörmət etdiyim insanları barmaqlıqlar arasında görəndən sonra bir anlıq həyatdan qırılıb, bu hakimiyyətin apardığı çirkin siyasətdən iyrənmişdim. Nə isə dostlarımın təkidindən sonra bir az cızma-qara eləmək qərarına gəldim.

Son zamanlar Azərbaycanda ailələr içindən parçalanmaya doğru aparan amillərlə üzləşirik. Beləki, ailə daxili qeyrətsizliyi bizə mədəniyyət və film adı ilə yağla-balla bir yerdə yedizdirirlər. Xüsusən də xanımlar teleseriallara baxırlar və daha çox problemlər üzə çıxır. Məsələn, teleserialda xanım gizli şəkildə ərinə xəyanət edir. Bunu nümyiş etdirmək özü bir növ bu işə təşviq deyilmi sizcə?

Və ya xanım işləmək üçün, yaxud da dostları ilə əyləncə mərkəzlərini gəzmək uğrunda özü üçün həyat dostu seçdiyi şəxslə sözün həqiqi mənasında müharibəyə çıxır. Dostlarımdan biri bu yaxında mənə üzüntülü bir xəbər verdi. Xanımı “mini yubka” geyinmək və işləmək istədiyinə görə ondan ayrılmaq qərarını verib. Bu kədərli xəbərdən sonra dərin fikirə getdim. Anladım ki, bizə bu “dəyərlər”i öz televiziyalarımız, türk teleserialları aşılayırlar. «Əşi, nə var ee, bunda», - deyib qadınlarımıza xəyannət, çox kişilik, iffətsizlik, qeyrətsizlik iynəsi vururlar.

Yaxşı, ailədə ata əylənsin, ana əylənsin, işləsin, bəs uşaqları kimi tərbiyə edəcək? Onlara kim istiqamət verəcək? Yaxşını-pisi kim başa salacaq? “Nyanka” deyib uşaqlarımızı uçuruma atmayaq? Cəmiyyətə hər tərəfli övlad tərbiyə edib vermədiyimiz üçün, indi başımızda əyyaşlar hökmranlıq edirlər (Məktəblərdə hicab qadağası da bunun tərkib hissəsidir, demək olar məncə). Çünki valideynlər əyləncə və nəfsi istəklər dalınca düşüblər. Nəinki, övladlarını, hətta özlərini, mənliklərini belə unudublar.

Bəs biz necə bilək ki, evimizdə, ətrafımızda belə problemlər var. Ölkəmizin, ailəmizin qeyrətini çəkə bilirikmi?

Ümumiyyətlə, qeyrət - dəyişmək deməkdir. Dəyişmək bizim üzərimizə əsən mənfi küləklər istiqamətinə də ola bilər, müsbətə tərəfə də. Amma, xalq arasında qeyrət, adətən, insanın öz namusu, şəxsiyyəti, vətəni, dini və mal-dövlətinin qorumasıdır. Azərbaycanlı olaraq hamımız, öz namusumuza, şəxsiyyətimizə, vətənimizə, din və mal-dövlətimizə qarşı təcavüz olarsa, müdafiə etməsək və yerimizdən tərpənməsək, onda el arasında bizə də qeyrətsiz, dəyyus və səhlənkar ləqəbləri verilər. Müasir dövrümüzdə Qərbin müsəlman ölkələrinə qarşı apardığı informasiya, mədəni müharibə və həmləsinin ən aşkar taktikası “qeyrətsizik” şüarı və qeyrətin müsəlman cəmiyyətində aradan aparılmasıdır. Onlar çox yaxşı bilirlər ki, müsəlman xalqın qeyrəti ilk növbədə onun etiqadına və dininə bağlı olub. Ona görə də bu sahədə hər hansı ölkədə İslam dini ilə mübarizədə ən qeyrətsiz insanlardan istifadə olunur. Bu səbəbdən də çox diqqətli olmalıyıq, vətənimizi, xalqımızı və ailəmizi çirkin təbliğatlardan qorumalıyıq.

Sonda isə belə bir sorğunun nəticələrini sizlərə təqdim edirəm. “Qeyrət nədir?” sualının sosial paylaşım saytında bu cür cavablar verildi.

1-Qadınım, bacım, anam, ailəm

2-Qadınların iffəti

3-Qadının bəkarəti

4-Qadınların həyat yoldaşına itaəti

5-Kişinin şərəfi

6-Dinin əmr etdiyi

“Qeyrətsizlik nədir?” sualına isə bu cavabları verdilər:

1-Qadının bəkarətinin itirməsi

2-Qadının həddən artıq açıq-saçıq geyməsi

3-Kişilərlə gizlin danışması

4-İcazəsiz bayıra çıxması

5- Həyat yoldaşına xəyanət etməsi

6-Zina etməsi

7-Dilinin uzun olması

8- Qadının başqa kişilərə baxması

İndi siz deyin: bizi haraya sürükləyirlər?

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 353
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri