Sevgi testi .Yoxlaya bilersiniz

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 9 411
Səs ver:
(səs: 8)

http://imgs.su/tmp/1317907048-656.jpg

1.Sevdiyin insanın evinə getmək qərarına gəlmisiniz..Sizin üçün 2 yol var hər ikisi sevdiyiniz şəxsin evinə gedən yoldur..Birinci yol qisa lakin çox darıxdırıcı digər yol isə Uzun lakin olduqca gözəl mənzərəli yoldur..Hansını seçərdiniz..?? 2.Yolda qarşınıza qızılgül kolu rast gəlir..Və siz sevdiyiniz insana 15 ədəd gül dərmək qərarına gəlmisiniz..15 ədəd güldən neçəsini ağ və neçəsini qırmızı gül dərərdiniz? ( Bütünlüklə qırmızı və ya ağ rəngdə seçə bilərsiniz) 3.Nəhayət sevdiyiniz insanın evinə gəlib çıxdınız..Və qapını sizə sevdiyiniz şəxs yox məhz yaxınlardan biri açır..Siz həmin insandan sevdiyiniz şəxsi çağırmağını istərdiniz yoxsa özünüz onun otağına keçərdiniz? 4.Hər iki halda sevdiyiniz insan yoxdur evdə..Əllərinizdəki gülləri ona həmin yaxın adamdan sevdiyiniz şəxsə çatdırmağını istərdiniz yoxsa özünüz otağına keçib onun otağına özünüz qoyardınız? 5.Sevdiyiniz insanın yataq otağına girərkən onu yatmış halda yoxsa yuxudan təzə oyanmış vəziyyətdə görmək istərdiniz? 6.Və nəhayət evə qayıtmaq zamanı gəlir..Hansı yol ilə getməyi seçərdiniz? Qısa maraqsız yoxsa Uzun maraqlı yol ilə?
CAVABLAR 1.Yol-sizin necə vurulmağınızdan xəbər verir..Əgər siz qısa yolu seçmisinizsə demək siz çox asan və tezliklə aşiq olursunuz və gec unudursunuz.. Yox əgər siz uzun yolu seçmisinizə demək sizə sevmək üçün uzun zaman lazımdır..Sizin ürəyinizi qazanmaq olduqca çətindir. 2ci sualın cavabında isə sizin qırmızı gül seçiminiz sevdiyiniz insana nə qədər sevgi bəxş etməyinizdən xəbər verir..Ağ qızıl gül isə qarşı tərəfdən nə qədər sevgi tələb etməyinizdən..Məsələn əgər siz 12 ədəd qırmızı və 3 ədəd ağ qızılgül seçmisinizsə bu o deməkdir ki, siz sevgi münasibətlərində öz sevdiyiniz şəxsə 80% sevgi bəxş edirsiniz buna cavab olaraq isə qarşı tərəfdən 20% sevgi gözləyirsiniz.. 3cü sualımız isə sizin problemlərinizi necə həll etməyinizdən xəbər verir..Əgər siz yaxın adamdan sevdiyiniz şəxsi çağırmağını istəmisinizsə bu o deməkdir ki, sizin aranızda olan problemləri aradan qaldırmaq üçün yaxın insanlarınıza müraciət edirsiniz..Yox əgər özünüz otağına keçmək variantını seçmisinizsə demək siz hər problemi yalnız ikiniz arasında həll edib bitirirsiniz.. 4cü sualımız isə sizin sevdiyiniz insanı nə dərəcədə görmək istədiyinizdən xəbər verir..Əgər siz gülləri sevdiyiniz insana çatdırılmasını istəyirsinizsə demək siz sevdiyiniz insanı görməsəniz belə xoşbəx ola bilərsiniz..Yox əgər özünüz onun otağına keçib öz əlləriniz ilə onun otağına qoymağı üstün tutmusunuzsa demək sizin öz sevdiyiniz insana qarşı hissləriniz olduqca güclü və onu hər an görmək ümüdi ilə yaşayırsınız.. 5ci sualımız isə sizin sevdiyiniz insanın daxili aləminə olan hisslərinizdən xəbər verir..Əgər siz sevdiyiniz insanı yatmış vəziyyətdə görmək istəyirsinizsə bu o deməkdir ki, siz sevdiyiniz insanı olduğu kimi qəbul edirsiniz..əgər siz oyaq halda görmək istəyirsinizsə demək onun sizin xasiyyətinizə uyğunlaşması üçün dəyişməsini istəyirsiniz.. 6ci sualimiz Evə qayıtdığınız yol seçiminiz isə sizin sevginizin müddətindən xəbər verir..Əgər qısa yolu seçmisinizsə demək sizin sevgiyə marağınız çox tez bir zamanda itir və siz tez tez sevə bilərsiniz..Əgər siz uzun yolu seçmisinizsə demək siz həyatda demək olar ki, bir dəfə və əbədi olaraq sevirsiniz
(səs: 8)
Şərhlər: 0
Baxılıb: 9 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri