Avatarlarimiza gere ozumuzu taniyaq

Müəllif: NaZa25
Şərhlər:
Baxılıb: 1681
Paylaş:
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/1317710252-656.jpg

Heyvan rəsmi avatarları Ən məhşur avatar növlərindən biridir. Hər bir heyvan avatarı insan düşüncəsinə aid əlamətdən xəbər vermiş olur. Pişik avatarında insan qayğı, sığal,müstəqillik, itdə - sədaqətlilik,dürüstlük,ilanda müdriklik kimi xüsusiyyətləri özündə cəmləşdirmiş olur. Bu keyfiyyətə malik insanlar bu cür avatar altında özlərini gizlənmiş ƏSAS insan hesab edirlər. Cizgi film qəhrəmanları Psixoloji olaraq uğurlu avatarlardandır. Hansı ki, avatarın sahibinin xarakter olaraq öz “qəhrəmanına” oxşamaq istəyi yaranır və bu cür avatarlardan istifadə edən insanlar seçdikləri qəhrəmanlar kimidirlər. Belə ki, dovşan “Bunny”dən xeyir gözləmək lazım deyil:) Amma pişik “Leopold” sizin güvənə biləcəyiniz avatar simasıdır. Ənənəvi cizgi qəhrəmanları avatarlarından adətən yeniyetmələr istifadə edir. Böyüklər isə yapon anemilərindən istifadə etməyə daha çox üstünlük verirlər. Məşhurların siması olan avatarlar Bu avatarların sahibləri (siyasətçilərin şəkli xaric) özlərində olan ambisiyaları bildirmiş olurlar. Sanki ətrafdakılara “Mən çox müasirəm, musiqi (kino, idman) aləmində baş verən bütün yeniliklərdən xəbərdaram. Bu qəhrəmanı sevirəm və mən düşüncədə olan insanlarla sevərək ünsiyyət qururam. Başqaları narahat eləməsin:)” kimi gizli bir mesaj göndərmiş olurlar. Siyasi avatar sahibləri isə yumor hissinə malik insanlardırlar. Qəddar avatarlar Qəddar avatarlardan adətən o insanlar istifadə edir ki, onlar yalnızlığa meyillidirlər. Susqun və tez inciyən insanlar. Bu avatar sahiblərini tez- tez aqressiv fantaziyalar “yad edir”, onlar bəzən günah hissi kompleksinə qapanırlar. Bu cür avatarlardan adətən “ehtiyat” kimi istifadə edirlər və böyük əsəb zamanı “geyinirlər”. Belə avatar sahibləriylə ehtiyatlı olmaq lazımdır:) Exclusive avatarlar. Bu avatarlar sahibi tərəfindən şəxsən hazırlanan və standartlardan kənar olurlar. Hansı ki, o insan o avatarda özü haqda obrazı yaradır. Belələri azad, özü haqda yetərincə yüksək fikirli, özünün dəyərini bilən olurlar. Bu cür avatarlar həmin şəxslər üçün bir növ ticarət markası kimi bir şeydir. Onu məşhurlaşdırır və eyni zamanda da “oğurlanmaması” üçün əlindən gələni etməyə çalışır. Bu avatar sahibləri rahat ünsiyyətə girirlər, mübahisə etməyi sevirlər, ağıllı, bəzən isə tərs olurlar. Inciyən, lakin istəklərinə nail olanlardılar. Real şəkillər. Çox nadir hallarda istifadə olunur. Ən çox intensiv ünsiyyət olan, anonimliyin qorunması lazım olan yerlərdə istifadə olunursa deməli etibarlılıqdan xəbər verir. Real görüşlərə hazır olan insanların seçimidir. Təbiət rəsimli avatarlar. Bu cür avatarlarda fon daha böyük önəm daşıyır. Avatar arxasında olan insan qeyri-adi düşüncələrə sahibdir. O, çox danışmağı sevmir, özü haqda isə sadə və qısa danışır. Onu ancaq konkret mövzular maraqlandırsada, bəzən dünyada baş verənləri də müzakirə etməyi bacarır. Tez inciyəndir, təbiəti sevir, məşhurluğa və səs- küyə dözə bilmir. Romantikdir. Kənar fikrə hörmət edir və onu anlamağa çalışır. Cazibədar avatarlar. Tam açıq şəkildə avatarlara nadir hallarda rast gəlinir. Ən çox bu cür avatarlardan xanımlar istifadə edirlər. Yəqin ki, açıq-aydın virtual tanışlıqlara hazır olduqlarını bildirmək istəyirlər:). Rahat ünsiyyət qururlar və xoşagələndirlər. Komplimentləri sevirlər. Tez bağlanandırlar. Real görüşlərə çətinliklə razılaşırlar.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1681
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv