Qadınlar sükan arxasında nədən qorxurlar?

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 3 487
Səs ver:
(səs: 2)
Hər bir sürücü sükan arxasında müəyyən qədər stress və qorxu yaşamaqdadır. Xüsusilə də, nəqliyyatın sıx, qəzaların sayının durmadan artdığı bir vaxtda. Statistikaya görə qadın sürücülərin sükan arxasında yaşadıqları qorxular kişilərdə olduğundan xeyli çoxdur. Maraqlı sual ortaya çıxır: Sürücü qadınlar nədən qorxurlar?

Qadının avtomobilə ilk qorxusu elə sükana əyləşmək istəyi ilə başlayır. Sükan, sürət, sıx nəqliyyat və "qaydasız” piyadalar – bunlar təcrübəsiz qadın sürücüdə xeyli təşviş yaradır. Bu qorxunu zamanla və psixoloji hazırlıqla aradan qaldırmaq mümkündür.
Yenicə sürməyə başlayan xanımlar həyat yoldaşları və digər tanış bəy ilə səfərə çıxarsa, sürmək qorxusunu xeyli dərəcədə aşmış olar. Sükan arxasına keçmək istəyən xanımlar çalışmalıdırlar ki, günün pik saatlarında deyil, daha çox tıxac olmayan vaxtlarda yola çıxsınlar. 

Sükan arxasında olan qadının daha bir qorxusu parketmə ilə bağlıdır. Parketmə yerləri məhdud olduğundan, qadın sürücü avtomobilini necə və harada saxlayacağı üçün həyəcan keçirməli olur. Onu da etiraf edək ki, heç də bütün qadınlar parketmədə yüksək məharətə malik deyillər.

Sürücü qadınlar avtomobilini zədələməkdən, kiminsə maşını ilə toqquşdurmaqdan, eləcə də hansısa insana xətər yetirməkdən daha çox qorxurlar. Psixoloqlar da iddia edirlər ki, qadın sürücü avtomobilini əzərkən daha çox stress yaşayır və "dəmir at”ının "yaralanması” onu xanımın gözündən sala bilir. 

Avtomobilin nasazlaması, yanacaq ehtiyatının tükənməsi kimi hallar da qadın sürücüdə qorxu və təlaşa səbəb olur. Ələlxüsus da, qadınların bu mövzuda ən çox qorxduqları - təkər partlamasıdır. Sürücü xanımlar bu qorxuya qalib gəlmək üçün ən sadə təmir qaydalarını bilməlidirlər.

Qadınların sükan arxasında digər qorxusu isə yolu azmaqla bağlıdır. Əvvəllər naviqator sisteminin olmaması onlara daha böyük çətinlik yaradırdısa, hazırda bu sistem xanım sürücülərin işini asanlaşdırmaqla, onların daha bir qorxusunun qarşısını alır.

Sürücüyə verilən tələblər sırasına yaxşı və iti müşahidə qabiliyyətinin olması da daxildir. Peşəkar sürücünün diqqətindən heç nə yayınmır: işıqforun işıqları, yol nişanları, siqnallar və s. Amma əksər hallarda xanım sürücünün zəif müşahidə qabiliyyəti sayəsində müxtəlif problemlər, hətta qəzalar da ortaya çıxa bilir.  

Qadın sürücülər nə qədər güclü və peşəkar olduqlarını iddia etsələr də, sükan arxasında müəyyən qədər qorxu yaşadıqları heç kəsə sirr deyil. Çalışın sükan arxasında yaşanan bütün stress və qorxunu dəf edə biləsiniz, çünki qorxusuz yol təhlükəsiz yol deməkdir!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 3 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri