Xiromantiya- Əl Falı yoxsa elm!?

Müəllif: Miss_Oxatan
Şərhlər: 9
Baxılıb: 5 764
Səs ver:
(səs: 2)

 

İnsanları barmaq izlərinə görə tanımaq, identifikasiya eləmək mümkün olduğu kimi ovuc içindəki xətlərin oxunması haqqındakı elm olan Xiromantiya ilə insanın həyatı boyu baş verən hadisələri proqnozlaşdırmaq mümkündür. İnsanın həyatı sanki ovucunda əks olunub.

Dəqiqləşdirmək, fərqləndirmək üçün sağ və sol əldəki xətlərə baxmaq lazımdır.Yəni sağ ovucun içindəki xətlərlə, sol ovucun içindəki xətlər hər insanda müəyyən qədər fərqlənir. Sol əldə olan xətlər proqram olaraq verilmiş xətlərdir. Sağ ovucun içərisindəki xətlər isə insanın həyatı boyu fəaliyyətləri nəticəsində həyata keçiriləcək xətlərdir. Xiromantiyada 4 əsas xətlər var. 1-cisi baş barmağın qabarı ətrafında həlqələnən xətdir. Buna həyat xətti də deyirlər. Bu həyat xəttinə diqqət yetirməklə onun həyatı boyu sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qisa və ya uzun olacağını bilmək olur. Bu xəttin uzunluğu nəticə etibarilə həqiqətən də insanın həyatını əks elətdirir. Ömrün qısa və uzun olmasını hesablamaq olar.Orta hesabla hər 1 mm 1 ilə bərabərdir.Tutaq ki, bu xətt 7 smm-dirsə bu ömrün təxminən 70 illik dövrü əhatə etdiyini göstərir. 80-90 sm-dirsə bu təxminən 80-90 il olmasını göstərir. Bu xətt nə qədər sərbəstdirsə, nə qədər aydın görünürsə, dağınıqlıqlar yoxdursa, göstəricini müəyyən etmək bir o qədər dəqiqdir. Burda bir məqama diqqət yetirmək lazımdır. Ömrün uzunluğunu təyin etmək üçün hər iki ələ baxmaq lazımdır. Həm solda, həm sağda xətlər qırılırsa, bu doğrudan da həmin adamın ömrünün qısa olacağına işarədir.Lakin belə proqnozlarda bir etika məsələsi də var. Ömrü qısa olan adama xiromant birbaşa acı həqiqəti deməməlidir. Bu etikadan kənar bir şeydir. Bu həmin insana psixoloji zərbə ola bilər və onun ömrünü daha da yarıda kəsilməsinə səbəb ola bilər. Həmin insan sarsıla bilər. Sözləri ehtiyatla çatdırmaq xiromantın bacarığından, ustalığından asılıdır. Mən şəxsi təcrüməmlə bağlı bir hadisəni danışmaq istərdim. Təqribən 5-10 il əvvəl avtobusda gedərkən bir cavan adamın sağ və sol əlinə baxıb onun ömrünün 40 yaşdan yuxarı olmayacaq. Lakin o çox israr edirdi ki, mən həqiqəti ona çatdırım. Savadsız və cahil adam idi. Mən 40 yaşa qədərki, həyatını ona dedim. Ancaq 40 yaşdan sonrakı həyatının onun fəaliyyətinə, əməllərinə bağlı olacağını dedim. Dedim ki, gələcəyini sən özün yazacaqsan. Acı bir söz olmasın deyə mən ehtiyatla danışdım. Amma o sanki iki ayağını bir başmağa dayayıb konkret danışmağımı istiyirdi. Mən dedim ki, burda yazılmayıb. Cavabında o dedi ki, sən fırıldaqçısan, yalançısan. Adamları aldadırsan.Ona başa saldım ki, axı mən sənin sənə yol-yoldaşı kimi baxıram. Heç bir maddi təmənnam da olmayıb.Sən məndən xahiş elədin. Mən də az-çox bildiklərimi deyirəm. Mən birdən özümdən asılı olmayaraq dedim ki, 40 yaşdan sonra sənin həyatın bitəcək. Həmin adam çox pis bir vəziyyətə düşdü. Az qala şok vəziyyətinə düşürdü, rəngi avazıdı.Dərin bir qorxu keçirtdi. Mən dərhal ona zarafat elədiyimi və bu sözü şəxsiyyətimə toxunduğu üçün söylədiyimi bildirdim. Elə bir şey yoxdu. Ona fikrini yaxşı sözlərlə yönəltdim.Və tədricən sakitləşib özünə gəldi.Bundan başqa buradakı digər xətt barmaqların kökünə paralel gedən uzun bir xəttdir. Sol tərəfdən çeçələ barmağın altından təxminən 1 və ya 1.5 sm aşağıdan başlayır.Və köndələn şəkildə şəhadət barmağa doğru uzanır. Bəzən ovucun ortasında olur. Buna ürək xətti deyirlər.Və yaxud buna ünsiyyət xətti də deyirlər. Bu insanların daxili aləmini, emosionallığını, başqaları ilə ünsiyyət bacarığını göstərən bir xəttdir. Bu xətt nə qədər əlavə ağac budaqları kimi şaxələr yaradırsa, bu adamın ruhən başqalarına daha yaxın olmasına, ünsiyyətçil olmasına işarədir. 


Bəzən ovuca baxanda insanın eyni zamanda iki adamla intim və ya ailə həyatı yaşadığını görmək olur.Çox incə məqamları görmək olar. Ovucda, şəhadət barmaqdan aşaşısında aypara formasında xətt olur.Lakin bunların hamısını demək lazımdırmı? Bu nə dərəcədə xeyirli nəticə verə bilər? Xiromant bu barədə ehtiyatlı olmalıdır. Lazım olan qədər demək məsləhətdir.
Maddi durum da barmaqlarda öz əksini tapır. Belə ki, adsız barmaq şəhadət barmaqdan uzundursa, həmin insanın maddi təminatı kifayət qədər olur.
Çeçələ barmağın uzunluğu adsız barmağın sonuncu falanqasından yuxarı qalxırsa deməli bu adamda kifayət qədər nitq qabiliyyəti, fikirlərini ifadə etmək bacarığı var.Başqalarını inandırma qabiliyyəti var. 
Baş barmağın vəziyyətinə də fikir vermək lazımdır. Baş barmağın birinci falanqası insanın intelektinin göstəricisidir. İkincisi isə onun iradəsinin göstəricisidir. Əgər intelekt və iradə zəif olarsa, o adamın baş barmağı çox kiçik olur. Cəsarətsiz, qorxaq olur.
Həddən artıq qəddar adamlarda, vəhşi xisləti olan adamlarda baş barmaq, qaba, gobud, yoğun, yöndəmsiz, eybəcər və həddən artıq böyük olur. Bu insanlar zorakılığa meylli olur. Daxilən başqalarına qarşı nifrət, kobudluq, cılızlıq hissi ilə dolu olur.Belə adamlar cinayətə meylli olurlar.
ümumiyyətlə barmaqların formasına fikir vermək lazımdır. Misal üçün: Xəsis adamlarda barmaqlar bir-birinə doğru əyilmiş olur.Çeçələ barmaqla orta barmaq bəzi adamlarda həddən artıq əyilmiş olur. Belə adamların çox gizli bir sirri olur. Bu adamlar qəflətən dünyadan gedirlər.

(səs: 2)
Şərhlər: 9
Baxılıb: 5 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri