Unutmaq asan deyil

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 7 019
Səs ver:
(səs: 3)
Unutmaq asan deyil bəzən, unudarsan keçər deyərlər, amma keçməz. Unutmarsan, sadəcə hər şeyə, yoxluğuna alışarsan.
Bəzənsə unutmaq üçün nələrsə edərsən, amma yenə də alınmaz. Çünki onu çox sevərsən. Sadəcə qürurundan çəkinərsən. 
Amma anlamarsan bir gün var olub olmadığını. Bu hər şeydə belədir, bəzən heç bir şeyə yetərincə dəyər verilməz istəyin, sevdiyin biruzə edilməz... 
Amma itirdikdə onun dəyərini anlayarsan kaşki o, yanımda olsa, onu necə sevdiyimi deyərdim deyərsən və bu anda çox gec olar. Keçmişə qayıdarsan, onunla bağlı xatirələrə və onun sənə etdiyi ən kobud bir hərəkəti düşünərsən və "mənə bunu etdi" deyərək, unutmağa çalışarsan...
Amma bu yenə də sadəcə özünə oynadığın bir oyun olar. Sonra yenə də o yadına düşər, elə anda düşər ki, səni heç edər. Bir kənara çəkilib, ağlayarsan və bu
anda unutmadığını anlayarsan... 
Unutmaq asan deyil bəzən...
Bu sənə çox böyük acı verər. Və onsuz olmadığını düşünərsən.
Amma yox, onsuz olacaq, həyatın davam edəcək və sən yenə sevəcəksən... 
Sadəcə unutmaq istədiklərin, "unutdum" dediklərin sənin üçün bir xatirə olacaq...
Bu xatirənin içində bəlkə acı, bəlkə saf bir sevgi olacaq. Və hər zaman səninlə gedəcək. Xoşbəxt olacaqsan, amma onu da unutmayacaqsan...
"Unutdum" deməklə özünü yanıldacaqsan. Yadına düşdükdə gözündən tökülmüş göz yaşı sadəcə ağlamadığını biruzə edəcək...
Unutmaq bir o qədər asan deyildir. Unudulmaq bəlkə də asan.
Həyatınızda heç bir zaman unudub, unudulmayın.
Unutduqlarınız isə sadəcə geridə qalmış önəmsiz günlər olsun... 
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 7 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri