Boyalı sifət qadına inamı azaldır? - FOTO

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 665
Səs ver:
(səs: 0)

 

http://imgs.su/tmp/1317814608-656.jpg

 

Dünya qadınlarının tam əksəriyəti gözəl və ağıllı olduqlarına şübhə etmirlər.

Amma bu gözəl, həm də ağıllı xanımlar makiyajdan istifadə edəndə, üzlərini boyayanda ifrata da varırlar.

Alimlər isə deyirlər ki, makiyajdan ağılla istifadə etməyən qadınlara inam azalır.

"Daily Mail"ə istinadən bildirir ki, "Procter & Gamble" korporasiyasının maliyyələşdirdiyi araşdırma zamanı "Massachusetts General Hospital", Harvard Tibb Məktəbi, Doston Universiteti və Dana-Farber Xərçəng Xəstəlikləri İnstitutunun birgə apardıqları araşdırma zamanı parlaq, ifrat makiyajın qadına inamı azaltdığı aşkarlanıb.

Normal dekorativ kosmetika isə işləyən qadınların karyera inkişafına təkan verir.
Eksperiment zamanı könüllülərə makiyajsız, az makiyajlı və ifrat makiyajlı qadınlara baxaraq, onları cazibədarlıq, intellekt səviyyəsi və etimad sarıdan dəyərləndirmək təklif olunub.

Nəticələrə görə, qadının üzündə makiyaj nə qədər az olarsa, ona inam bir o qədər çoxalır.
Psixoloqların fikrincə, minimal makiyaj başqalarından fərqlənmək istəməyən qadınların seçimidir. Dekorativ kosmetikanı heç sevməyən xanımlar isə bir qayda olaraq qadınlıqlarından qaçırlar.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 665
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri