Tibbdə nadir əməliyyat: qadına uşaqlıq köçürüldü

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 980
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1317814974-656.jpg

 

Türkiyədə tibb aləmində nadir olan əməliyyat uğurla başa çatdırılıb."Press TV"yə istinadən verdiyi məlumata görə, anadangəlmə uşaqlığı olmayan 21 yaşlı qıza uşaqlıq köçürülüb. Artıq əməliyyatın üzərindən təxminən 2 ay keçir və həkimlər yeni orqanın qızın orqanizminə tam uyğunlaşdığını bildirirlər. Onlar bir neçə ay sonra pasiyentin hamilə qala biləcəyini açıqlayıblar. Qadın əməliyyata ana olmaq istəyini gerçəkləşdirmək üçün razılaşıb.

Analoji əməliyyat ilk dəfə 2002-ci ildə Səudiyyə Ərəbistanında aparılsa da, o, uğursuz alınmışdı. O vaxt pasiyentə köçürülmüş uşaqlıq 2 ay sonra kəsilərək götürülməli olmuşdu.
Hazırda bu əməliyyata hazırlıq ABŞ, Böyük Britaniya və İsveçdə həyata keçirilir.

 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 980
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri